Tənəzzül ABŞ iqtisadiyyatını təhdid etmir - Bayden
Tənəzzül Amerika iqtisadiyyatını təhdid etmir, ABŞ hələ də ölkə tarixində ən aşağı işsizlik səviyyəsinə malikdir.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Co Bayden deyib.
"Məncə, bizdə tənəzzül olmayacaq. İşsizlik səviyyəsi tarixdə ən aşağı səviyyədə olaraq qalır, təxminən 3,6 faizdir ", - deyə, C.Bayden jurnalistin müvafiq sualın cavabında bildirib.
O əlavə edib ki, ABŞ-da investisiya prosesləri davam edir. "Ümid edirəm ki, biz bu sürətli artımdan sabit artıma keçəcəyik. Və biz cüzi azalma görəcəyik. Tanrının köməyi ilə tənəzzül görməyəcəyimizə inanıram", - ABŞ lideri bildirib.