İyulun 1 və 2-də iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında vəziyyət nəzarət altına alınıb.
Nyus.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Milli Qvardiyasının komandanı Rüstəm Jurayev məlumat verib.
Komandanın sözlərinə görə, Qaraqalpaq Respublikasında fövqəladə rejim dövründə ictimai asayişin və həyati təminat obyektlərinin mühafizəsi gücləndirilib, gecə saatlarında ictimai və şəxsi nəqliyyatın hərəkəti, iaşə və pərakəndə satış obyektlərinin fəaliyyəti qadağan edilib, bir ay ərzində hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağandır.