
Bu ilin payızından çağırışçılar hərbi hissələrə göndərilməzdən əvvəl təlim-məşq təcrübəsindən keçəcəklər.
Nyus.Az axar.az-a istinadən bildirir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmətə çağırışla bağlı son dəyişiklikləri şərh edərkən deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
"Bütün çağırışçılar təlimin məcburi mərhələsindən keçəcəklər, yalnız bundan sonra onlar hərbi hissələrə göndəriləcəklər", - Papikyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda yay hərbi xidmətə çağırış iyunun 13-də başlayacaq və iyulun 15-dək davam edəcək.
Nyus.Az

























