
5, 6 və 7 may tarixlərində gündüz saatlarında Rusiya hərbçiləri Mariupoldakı "Azovstal" zavodunun ərazisindən humanitar dəhlizlər açacaq.
Nyus.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Humanitar Tənzimləmə üzrə İdarələrarası Əlaqələndirmə Qərargahından bildirib.
"Rusiya Silahlı Qüvvələri 5, 6 və 7 may 2022-ci il tarixlərində saat 8:00-dan 18:00-a qədər (Moskva vaxtı ilə) mülki şəxslərin (işçilərin, qadınların və uşaqların) təxliyəsi üçün "Azovstal" metallurgiya zavodunun ərazisindən humanitar dəhliz açır", - məlumatda qeyd edilir.
Bu müddət ərzində Rusiya hərbçiləri birtərəfli qaydada hərbi əməliyyatları dayandıracaq və mülki əhalinin həm Rusiyaya, həm də Ukraynaya çıxışını təmin etmək üçün qoşunları geri çəkəcək.
Nyus.Az

























