
Türkiyə ordusu Suriyanın şimalında 10 YPG/PKK terrorçusunu zərərsizləşdirib.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin "Sülh bulağı", "Fərat Qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatları zonasında silahlılar müəyyən edilərək məhv edilib.
Nazirlik əlavə edib ki, Türkiyə təhlükəsizlik qüvvələri Suriyanın şimalında terrorçuların yuvalarına sarsıdıcı zərbələr endirməkdə davam edir.
Nyus.Az

























