
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 15 nəfər vəfat edib.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 127 253 nəfər test edilib, 2 277 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 15 947 nəfər sağalıb.
Nyus.Az

























