
Fransada prezident seçkiləri çərçivəsində teledebatları izləyənlərin yarıdan çoxu (59%) namizədliyini irəli sürən hazırki ölkə başçısı Emmanuel Makronun rəqibi Marin Le Pendən daha inandırıcı olduğunu bildirib.
Nyus.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli BFM TV apardığı sorğunun nəticələrinə əsasən məlumat verib.
"Emmanuel Makron izləyicilərin 59%-i tərəfindən bu debatlarda daha inandırıcısı hesab edilib. Marin Le Pen tamaşaçıların 39%-nin rəğbətini qazanıb", - telekanal bildirib.
Təxminən iki faiz izləyici hər-hansı qərar qəbul etməkdə çətinlik çəkib.
Teledebatlar 2 saat 50 dəqiqə davam edib.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkidə 12 namizəd iştirak edib. Hazırki ölkə başçısı 27,84%, onun əsas rəqibi Marin Le Pen isə 23,15% səs toplayıb. Prezident seçkiləri çərçivəsində ikinci tur səsvermə aprelin 24-də keçiriləcək.
Nyus.Az

























