
Rusiya Silahlı Qüvvələri Krım ilə rusiyayönlülərin nəzarətində olan Donbass arasında dəhlizi ələ keçirib. Krımın baş nazirinin müavini Georgi Muradov bildirib ki, bölgədə quru əlaqəsi qurulub və bunun sayəsində Krımda olan əsgərlər qurudan Donetskdə Rusiyanın dəstəklədiyi qoşunlara qoşula bilərlər.
Bildirilir ki, bu dəhliz həm də Krımı və Rusiyanın mühasirəsində olan Mariupol şəhərini birləşdirir. Dəhliz həmçinin Donbassdakı Rusiyanın dəstəklədiyi separatçı qoşunların Azov dənizində toqquşmaların intensiv olduğu liman şəhərlərinə keçməsini asanlaşdıracaq. (RIA-Novosti)

























