
Gürcüstan martın 3-də Avropa İttifaqına (Aİ) üzvlük üçün sürətləndirilmiş namizəd statusu almaq məqsədi ilə quruma müraciət edəcək. Bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə ittifaqa üzvlük üçün müraciətin 2024-cü ildə edilməsi planlaşdırılsa da yeni reallıq və ümumi siyasi kontekst nəzərə alınaraq partiya üzvləri arasında məsələ müzakirə edilib və üzvlüklə bağlı Aİ-yə dərhal müraciət edilməsi barədə qərar qəbul edilib.
Kobaxidze qeyd edib ki, Gürcüstan Hökuməti artıq baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə Aİ-yə üzvlük namizədi statusu almaq üçün müraciətin hazırlanmasına başlayıb və sənəd sabah Gürcüstan hökumətinin adından ittifaqın müvafiq strukturlarına təqdim ediləcək.

























