
“Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar daha bir neçə saat başlamayacaq. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
O izah edib ki, danışıqların başlanması Ukrayna nümayəndə heyəti üçün çox çətin logistika və təhlükəsizlik tədbirləri ilə əlaqədar gecikir.
Zelenskinin mətbuat katibinin sözlərinə görə, danışıqların gündəliyində sülh məsələsi var.
“Bunun necə əldə ediləcəyi isə danışıqlarda müəyyən olunacaq”, - o əlavə edib.
//virtualaz.org/

























