
Fransa Kiyevdəki səfirliyi qorumaq üçün Ukrayna paytaxtına elit jandarm bölməsinin əməkdaşlarının göndərib. “European Pravda” xəbər verir ki, bu barədə AFP agentliyi təhlükəsizlik xidmətindəki mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, elit jandarm bölməsinin (GIGN) səkkiz əməkdaşından ibarət qrup Kiyevə gəlib.
Beləliklə, daimi olaraq ərazidə olan beş GIGN əməkdaşına 8 nəfər də qoşulub.
Bundan əvvəl KİV-lər yazırdı ki, Fransa Ukraynaya 300 milyon avro yardım və hərbi texnika göndərəcək.
virtualaz.org

























