
Ukrayna Ali Radası ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə prezident fərmanını təsdiq edib. UNİAN xəbər verir ki, layihənin lehinə 335 deputat səs verib.
Fövqəladə vəziyyət rejimi 24 fevral saat 00.00-dan başlayaraq 30 gün ərzində qüvvədə olacaq. Prezidentin fərmanı ilə bu müddət əlavə olaraq 30 gün də artırıla bilər.
Nyus.Az

























