• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
23-06-2026, 11:12

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə


"Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya "gözəl geyindirilmiş kukla" kimi görməməlidir" .

Nyus.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, hər kəs valideyndir, amma valideyn olmaq təkcə bu statusla bitmir:

"Real valideyn olmaq üçün həyata ciddi yanaşmaq, müəyyən dəyərlərə sahib olmaq və övladına hansı şəxsiyyəti formalaşdırmaq istədiyini aydın bilmək lazımdır. Bu, çox ağır bir məsuliyyətdir. Hər kəsin öz işi var, amma valideyn olmaq da bir işdir. Bu işi başqasına həvalə edib "müəllim cavabdehdir" düşüncəsi ilə yanaşmaq təəssüf ki, bəzi hallarda rast gəlinir. Halbuki valideyn öz övladını hamıdan yaxşı tanıyır və onun nəyə qadir olduğunu ən düzgün şəkildə qiymətləndirə bilər. Əlbəttə, bu, yalnız özünü də düzgün qiymətləndirməyi bacaran valideynlərə aiddir. Hazırda müəllimə müraciət təkcə ali məktəbə qəbul üçün deyil, hətta birinci sinfə hazırlıq üçün də edilir. Halbuki birinci sinfə hazırlıq üçün uşaqla vaxt keçirmək, ona kitablar oxumaq, nağıllar danışmaq və beş yaşına qədər onunla maraqlanmaq lazımdır. Bu isə zaman, səbir və diqqət tələb edir. Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya "gözəl geyindirilmiş kukla" kimi görməməlidir. Çünki uşaq bir şəxsiyyətdir və onu formalaşdırmaq üçün valideynin özü də aktiv şəkildə çalışmalıdır ki, uşaq da sənə əsaslanıb, sənin verdiyin dəyərlərə əsaslanıb bir şəxsiyyət kimi formalaşsın. Bax, bu çox çətin bir işdir. İndi uşaqlarda məsuliyyət hissi, öz vaxtını düzgün istifadə etmək kimi bacarıqları formalaşdırmaq indiki zamanda daha çətindir. Çünki yenə də təkrar edirəm, əylənmək üçün kifayət qədər imkanlar çoxalıb. Mən heç kimi qınamıram, başa düşürəm ki, hər ailənin vəziyyəti fərqlidir. Amma valideyn əgər uşağını sevirsə, o, özü də uşaqla məşğul olmalı, onu dinləməli, onun maraq və bacarıqlarının formalaşmasında bilavasitə iştirak etməlidir".

Məleykə Abbaszadə qeyd edib ki, müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Onun sözlərinə görə, hər il yüzlərlə uşaq belə qəbul olunur.

"Mən müşahidə edirəm ki, bəzi gənc ailələr bu məsələyə daha məsuliyyətli yanaşırlar. Uşaqlarla daha çox vaxt keçirir, onlarla aktiv şəkildə məşğul olurlar. Ataların da prosesdən kənarda qalmaması çox müsbət haldır. Bu, əvvəlki dövrlərlə müqayisədə yaxşı bir dəyişiklikdir. Valideynlik müasir dövrdə çox ağır, amma eyni zamanda ən vacib işdir. Hətta karyeradan da önəmlidir, çünki sənin böyütdüyün insan sənin gələcəkdə ən yaxın dayağın olur. Əslində uşaqların taleyi bizim əlimizdədir. Amma eyni zamanda da bizim taleyimiz gənclərin əlindədir. Biz onları necə tərbiyə eləyəcəyiksə, gələcəkdə bizim taleyimiz də onların əlində olacaq. Ona görə də öz vaxtını, sevgisini valideyn uşaqdan əsirgəmirsə, o uşaq xoşbəxt insan kimi böyüyəcək. Və fərqi yoxdur, o, bir il gec ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, o xoşbəxt bir insan olacaq. Müvafiq kitablar, materiallar, model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Biz kifayət qədər metodiki material buraxırıq və onlarla məşğul olan uşaqlar özləri qəbul olunur. Hər il yüzlərlə belə qəbul olunan uşaqlar var. Amma təəssüflər olsun, o uşaqlar böyük şəhərlərdə yox, bizim müxtəlif qəsəbələrdən olur", - o, əlavə edib.

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq İnformasiya Agentliyində və "Baku TV" televiziya kanalında yayımlanacaq.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az