• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
17-06-2026, 08:25

Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?

Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?


İyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında mühüm dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən, uzun illər tətbiq edilən Bonus-Malus sistemi ləğv edilərək onun yerinə Sığorta Tarixçəsi Əmsalı sistemi tətbiq olunur. Dəyişikliklərin əsas məqsədi sürücülərin sığorta davranışını daha dəqiq qiymətləndirmək və sığorta haqlarını fərdi risklərə uyğun müəyyənləşdirməkdir.

Nyus.Az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, yeni sistemlə Bonus-Malus sistemi arasında ciddi fərqlər mövcuddur.

"Bonus-Malus sistemi ilə yeni sistemin fərqi ondan ibarətdir ki, sürücünün sürücülük təcrübəsi, avtomobilin istehsal ili, sürücünün qeydiyyatda olduğu şəhər nəzərə alınırdı. Bonus-Malus sistemində də müəyyən güzəştlər tətbiq edilirdi. Məsələn, sürücü ötən il ərzində qəza törətməyibsə, sığorta şirkətinə ziyan vurmayıbsa, növbəti il həmin avtomobil üçün müəyyən endirimlər təklif edilə bilirdi. Sığorta Tarixçəsi Əmsalı sistemində isə əgər sürücü ötən il ərzində qəza törədibsə və sığorta şirkəti buna görə ödəniş həyata keçiribsə, həmin avtomobilin növbəti icbari sığorta haqqı 30 faiz artıq olacaq. Burada əsas məqsəd sığorta risklərini azaltmaq və sürücüləri yollarda daha diqqətli olmağa təşviq etməkdir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, qəza törətməyən sürücülər üçün isə stimullaşdırıcı mexanizm nəzərdə tutulub.

"Qəza etməyən sürücüyə sığorta haqlarında 5 faizlik güzəşt tətbiq ediləcək. Bu, stimullaşdırıcı addım kimi dəyərləndirilə bilər. Sığorta Tarixçəsi Əmsalı sistemi, fikrimcə, yollarda qəza risklərinin azalmasına təsir göstərəcək. Eyni avtomobili etibarnamə ilə bir neçə sürücü idarə edirsə, sürücülər arasında ən riskli olanın sığorta göstəriciləri ümumi hesablamaya təsir etməlidir. Eyni avtomobili bir neçə nəfərin idarə etməsi də ciddi risklər yaradır. Yeni sistemdə bu detal məhz sığorta şirkətlərinin risklərini azaltmağa yönəlib", - deyə Eldəniz Cəfərov qeyd edib.

Ekspert vurğulayıb ki, ilk dəfə avtomobilini sığorta etdirən şəxslər üçün hər hansı əlavə məhdudiyyət və ya üstünlük nəzərdə tutulmur.

"İlk dəfə avtomobilini sığorta edən şəxslər üçün hər hansı məhdudiyyət və ya üstünlük yoxdur. Standart qaydada avtomobilin icbari sığortası həyata keçiriləcək. İcbari sığorta satan şirkətlər heç bir sürücüyə sığorta verməkdən imtina edə bilməz. Yeni sistemin tətbiqinin zərurəti də müəyyən mənada bundan irəli gəlirdi. Əvvəllər bəzi sığorta şirkətləri taksi kimi istifadə olunan nəqliyyat vasitələrini sığortalamaqdan imtina edir, hətta onlayn sığorta bazalarını bağlayırdılar. Bəzi hallarda kiçik mühərrikli avtomobillərin də sığortalanmasından yayınırdılar. Halbuki bu, qayda pozuntusudur. Şirkətlər bunu həmin nəqliyyat vasitələrinin daha çox risk daşıması və tez-tez qəzaya düşməsi ilə əsaslandırırdılar. Bundan sonra isə heç bir icbari sığorta şirkəti sığortalamaqdan imtina edə bilməyəcək. Çünki yeni sistemdə sığorta riskləri nəzərə alınıb", - deyə o bildirib.

Eldəniz Cəfərov əlavə edib ki, sürücü qəza törətdikdən sonra məsələni sığorta şirkətinə müraciət etmədən öz hesabına həll edərsə, bu hal sığorta hadisəsi kimi qeydə alınmayacaq.

"Sığorta tarixçəsinin formalaşdırılması və yenilənməsi çox sadə prosesdir. Əgər sürücü qəza edib, lakin zərərin ödənilməsi üçün sığorta şirkətinə müraciət etməyib və məsələni öz hesabına həll edibsə, bu artıq sığorta hadisəsi sayılmır. Belə olan halda gələcəkdə sürücüdən əlavə 30 faiz sığorta haqqı tələb oluna bilməz. Yeni sistemin nəqliyyata təsirini isə 3-6 aydan sonra daha aydın şəkildə görə biləcəyik", - deyə ekspert vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə yeni sistemlə yanaşı, icbari sığorta ödənişlərinin məbləğinin artırılmasının vacibliyinə diqqət çəkib.

"Sığorta ilə bağlı narahatedici məqam şirkətlərin ödəniş məbləğinin artırılmamasıdır. İllərdir ki, həmin məbləğ 5000 manatı keçmir. Halbuki 5000 manat artıq əvvəlki dəyərində deyil", - deyə o, bildirib.

Ekspert yeni sistemdə müəyyən mübahisəli məqamların da olduğunu qeyd edib.

""Sığorta Tarixçəsi Əmsalı sistemində sual doğuran məqamlar var. Məsələn, eyni avtomobili etibarnamə ilə başqa bir şəxs bir-iki gün idarə edib qəza törədərsə, növbəti il sığorta haqqının artması həmin avtomobildən daim istifadə edən şəxsin üzərinə düşəcək. Bu məsələ müəyyən suallar doğurur", - deyə Elməddin Muradlı əlavə edib.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az