• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
23-04-2026, 09:19

SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?

SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?


Ukraynadan Azərbaycana idxal olunan 4.9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red.) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Ümumiyyətlə, toyuq məhsulları ilə bağlı vaxtaşırı müxtəlif iddialar səslənir. Onların tərkibi, mənşəyi haqda qida ekspertləri də çağırışlar edirlər. Xüsusən broyler toyuqları haqda xəbərdarlıq olunur.

Bəs marketlərdən hansı toyuqları almalıyıq, nələrə diqqət yetirməliyik?




Qida mütəxəssisi Asim Vəli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Aidiyyəti üzrə AQTA-nın yaydığı bu xəbərdarlığı çox ciddi qəbul etməyimiz yaxşı olardı. Salmonella zarafat deyil. Qida zəncirində ən təhlükəli patogenlərdən biridir. Ukraynadan gətirilən dondurulmuş toyuqlarda salmonella bakteriyasının aşkarlanması birbaşa qida təhlükəsizliyi qaydalarının istehsal mərhələsində pozulduğunu göstərir. Bir istehlakçı olaraq marketdən toyuq alarkən yalnız brendə deyil, soyuq zəncirin qorunmasına, məhsulun rənginə, sertifikatlarına diqqət yetirməliyik.

Salmonella bağırsaq traktında yaşayan və fekal-oral yolla ötürülən bir bakteriyadır. Toyuq ətində bu bakteriyanın olması kəsim zamanı gigiyena qaydalarının pozulması və ya quşların saxlanma şəraitinin qeyri-sanitar olması ilə bağlıdır. Bəzi insanlar elə bilir ki, dondurma bakteriyanı öldürür. Elə deyil. Dondurma bakteriyanı öldürmür. Sadəcə, onun inkişafını dondurur. Məhsulun donu açılan kimi bakteriya sürətlə çoxalmağa başlayır”.

Ekspert onu da deyib ki, dondurulmuş toyuq alarkən paketdə buz kristallarının olub-olmadığına baxmalıyıq: “Əgər varsa, deməli bu məhsul əriyib və yenidən dondurulub. Riskli haldır. Vakuumu pozulmuş, sızıntısı olan paketləri almasaq yaxşı olar. Təzə toyuq əti çəhrayı-ağ rəngdə olmalıdır. Bozarmış, ya tünd sarı ləkələri olan toyuqlardan uzaq durmaq bizi riskdən uzaq tutar. Bütün məhsullarda olduğu kimi etiketdə İstehsal və son istifadə tarixinə diqqət etməliyik. Həm də partiya nömrələrinə baxmalıyıq.

Digər məsələ toyuğu mətbəxdə yumaq da bakteriyaların ətrafa yayılmasına səbəb ola bilir. Toyuq kəsdiyimiz taxtanı və bıçağı dərhal dezinfeksiya etməliyik. Həmin taxtada çiy tərəvəz doğramaq çarpaz çirklənməyə səbəb olar. Toyuğun donunu otaq temperaturunda deyil, soyuducunun alt rəfində yavaş-yavaş açmalıyıq”. (Musavat.com)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az