• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio
  • 04-06-2026 Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
  • 04-06-2026 Saat 10:00-da bu ərazilərdə işıq KƏSİLƏCƏK
  • 04-06-2026 Maşınla yola çıxanlar mütləq OXUSUN - 11 küçədə…
  • 04-06-2026 Xəzərdə zəlzələ oldu
  • 04-06-2026 Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
  • 04-06-2026 Azərbaycan millisi finalda - Avropa çempionatı
  • 04-06-2026 İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
  • 04-06-2026 Narkotik istifadə edirlərmiş
  • 03-06-2026 Prezident Mərkəzi Bankın yeni binasının açılışında - FOTOLAR
  • 03-06-2026 Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
  • 03-06-2026 "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
  • 03-06-2026 51 min şəxs imtahan verəcək - Bazar günü
  • 03-06-2026 Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
  • 03-06-2026 Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
  • 03-06-2026 Ağdaşda ağır qəza: Ölən və yaralanan var
  • 03-06-2026 50 qramı belə təhlükəlidir - Yeməyin
  • 03-06-2026 Neft bazarında gözlənilməz yüksəliş: Görün neçə dollara qalxdı

XƏBƏRLƏR

    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
    Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
    Azərbaycan U-21 millisində dəyişiklik
    Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
12-09-2025, 10:55

Vətənpərvər doğulanlar və yaxud da ki yurdsevər insanlar- FOTO

Vətənpərvər doğulanlar və yaxud da ki yurdsevər insanlar- FOTO




Bu yaşa çatdım heç bir vaxt insanları müzakirə eləmədim. Bu nə mənim xarakterimə, nədə ki düşüncəmə uyğun gəlmir. Amma, unutmamalıyıq ki yaxşını pisdən,ağı qaradan ayırmaq ,insanları yaxından tanımaq üçün mütləq lazımdır.
Bir jurnalist kimi bu günədək yüzlərlə müsahibim olub,çoxlu proqramların redaktoru olmuşam və verilişlər hazırlamışam.
Sözsüz ki, bu illər ərzində müsahiblərim də fərqli olub. Demək olar ki bütün zümrənin nümayəndələri ilə həmsöhbət olmuşam.Yəni, öncə müsahibimin hansı işlə məşğul olmasını bildikdən sonra peşəsinə aid suallarımı ona ünvanlamışam.
Və müsahiblərim sırasında hüquq-mühafizə orqanlarında xidmət edən insanlarda çox olub. Amma, bəzən müsahiblərimlə maraqlı disskusiyalarımız bizi daha da yaxınlaşdırdıqca səmimi münasibətlərimiz dostluğa çevrilib.Belə işıqlı insanlardan biri də bir qərinədən artıq tanıdığım və dostluq elədiyim, hal-hazırda təqaüddə olan polis polkovniki İmran Heydərəli oğlu Hüseynəliyevdir.
Əsl insan üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, dürüstlüyü, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Bu sadaladığım müsbət keyfiyətlər dostum İmran Hüseynəliyevdə cəmləşmişdir.
Onunla tanışlığımız 1990-cı illərin əvvəllərinə təsadüf edir.O zaman mən jurnalist kimi Tovuz, Qazax və Ağstafa rayonlarına ezam olunmuşdum. Polkovnik İmran Hüseynəliyev həmin illərdə Tovuz rayon polis şöbəsinin rəisi işləyirdi. Və həmin illərdə Tovuzun Ernənistanla sərhəd olan kəndlərini mənfur qonşularımız gülləbaran edirdi.
Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır.
İmran Hüseynəliyev də zamanın burulğanından üzüağ çıxan və Vətənə ,dövlətə bağlı olan ərənlərdəndir .
Gördüyü işin nə olduğunu anlamaq ,nə iş gördüyünü dərk eləmək ağıllı insanlara məxsusdur.Və belə insanlar bilir ki bu məsuliyyətdən irəli gələn fəaliyyət həm də şəxsiyyət ucalığına çatmaqdır. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.
İmran Hüseynəliyev boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu məhz kişi kimi yaşamağa çağırıb.
1950-ci il avqust ayının 20-də qədim yurd yerlərimizdən biri olan Naxçıvanın Şərur rayonunun Dəmirçi kəndində kasıb bir ailədə anadan olub.
Dəmirçi kənd orta məktəbini bitirdikdən sonra bir müddət Əlibayramlı şəhərində (indiki Şirvan şəhəri) Nəqiliyyat idarəsində fəhlə kimi işə başlayıb.Daha sonra Bədən Tərbiyəsi İnstitutuna daxil olub.Təhsilini başa vurduqdan sonra yenidən Naxçıvana qayıdıb və Şərur rayonunun orta məktəblərdə müəllim işləyib. Və onun polis orqanlarında xidmət etmək həvəsi İmran Hüseynəliyevi bir ömür-leytenantdan polis polkovniki rütbəsinədək bu çətin və şərəfli peşəyə bağlayıb. Beləliklə İmran müəllimi Culfa Rayon Polis Şöbəsində sahə müvəkkili,
daha sonra Şərur rayon polis şöbəsində müxtəlif vəzifələrdə
xidmət edib.
Həmin illərdə Sədərək döyüşlərində iştirak edib.. Sədərək kəndinə rayon adı verildikdən sonra İmran Hüseynəliyevin vətənpərvətliyi, bacarığı və iş qabiliyyəti nəzərə alınaraq, Sədərək Rayon Polis Şöbəsinə baş sahə müvəkkili təyin edilib və daha sonra Sədərək döyüşlərində göstərdiyi igidliyə görə Sədərək Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. Kəngərli rayonu yarandıqdan sonra isə İmran müəllim yeni yaradılan polis şöbəsinə rəis təyin olunub. Sonrakı illər İmran müəllim Toviz , Lənkəran və Göyçay rayon-şəhər polis şöbələrinin rəisi vəzifələrində çalışıb.
Sözsüz ki, İmran Hüseynəliyevin cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ilk növbədə valideynlərinin böyük rolu olub. Ailəsini dolandırmaq üçün hər bir əziyyətə qatlaşan atası Heydərəli kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə tanınıb.
Bəli,əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailənin övladı da belə
olmalı idi.
Şübhəsiz, Vətəni sevmək hələ tam vətənpərvərliyə dəlalət etmir.
Vətənpərvəlik daxili zəngin olmaq deməkdir.Bu zənginlik milli mənlik şüurunu formalaşdıran və əsl insanlığa xas bir hərəkətdir.
Zərurət anında gərək bu sevgini xalq və dövlət yolunda təmənnasız xidmətə çevirnəyi də bacarasan.
Dilimizdə belə bir deyim var: Hər hansı kürsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, polkovnik İmran Hüseynəliyev xidmətə başladığı ilk gündən özünü layiqincə doğrultmağa çalışdı.
2008 -ci ildə polis orqanlarından taqaüdə çıxsada fəaliyyətini
Xətai rayonunda dairə seçki komisiyasının sədri kimi davam etdirib.
İmran müəllimin son 17 ili Müdafiə Sənayesi nazirliyində çalışıb. Onun illərlə çəkdiyi əməyi ölkə başçısı tərəfindən də unudulmayıb
İmran Hüseynəliyev Vətən qarşısındakı xidmətlərinə görə Azərbaycan Respubilkası Prezidentinin 16 dekabr 2014 -cü il tarixli 924 saylı sərəncamı ilə “Tərəqqi medalı “ilə təltif olunub. Bundan başqa İmran müəllim Daxili İşlər Nazirliyinin yaranmasının 100 illik yubiley medalı,neçə-neçə fəxri fərman və diplomlarla təltif olunub.
Hər bir şəxsiyyətin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli nəsil yetişdirmək əzmində ifadə olunur.İmran Hüseynəliyev şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısıdır.O, 3 oğul,2 qız atasıdır.Ömür-gün yoldaşı Laləzar xanımla 5 övladın vətənpərvər ruhda böyüməsindən ötrü əlindən gələni əsirgəməyiblər.
Ömrünün 76-cı baharına yenicə qədəm qoyan əziz dostum İmran kişinin hələ həyata keçməyən çoxlu arzuları var.Müdriklər ömrünü ağıllı istiqamətdə tənzimlədikcə həyatın gözəlliklərindən ahıl vaxtlarında daha zövq almağa üstünlük verirlər.
Sədaqətli,, səmimiyyəti insanlığa söykənən ,yaradıcı, təcrübəli insanlarla ünsiyyətdə olmaqdan zövq alan dostum,var olun.
Bəli, mənim tanıdığım İmran müəllim belə insandır...
Avqustun 20-də İmran müəllimin 75 yaşı tamam oldu.Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Yubileyiniz mübarək, cənab POLKOVNİK!


Mübariz Ağaxan oğlu Süleymanlı
Azərbaycan Yazıçılar Birliynin üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin İdarə heyətinin üzvü, şair-jurnalist









]

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az