• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma
  • 15-09-2026 İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
  • 15-09-2026 “Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
  • 15-09-2026 Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
  • 15-09-2026 Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
  • 15-09-2026 “Fənərbaxça” turu 1 xalla başa vurub
  • 15-09-2026 Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
  • 15-09-2026 Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026 Coşqun Cəbrayılovdan Özbəkistan səfirinə şikayət - VİDEO
  • 14-09-2026 İcra başçısı qanunsuz qum karxanası işlədir? - İLGİNC
  • 14-09-2026 “AZ TECHNOCON GROUP” MMC iyirmi günə 5 tenderi hansı əsalarla əldə edə bilib – Zakir Quliyev bilər
  • 14-09-2026 "Bilik günü"nün hava proqnozu açıqlandı
  • 14-09-2026 Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
  • 14-09-2026 Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
  • 14-09-2026 Azərbaycanda onların iş vaxtı artırılır
  • 14-09-2026 Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
  • 14-09-2026 Məhkəmə-tibbi ekspertizada kreslo savaşı? — Birliyin daxilində nələr baş verir?
  • 14-09-2026 Retkliff Ukrayna danışıqlarında iştirak edir – Tramp
  • 14-09-2026 Azərbaycanlı şair dünyasını dəyişdi
  • 14-09-2026 Tramp İranın neftinə “əl qoymaq” istəyir – Azərbaycan sərhədində hansı plan hazırlanır?

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Bu gün, 04:47

Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma

Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma



ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbə endirməmək barədə razılığa gəldiyini açıqlasa da, Moskvadakı mənbə son danışıqlarda belə bir qərarın qəbul edilmədiyini bildirib.

Nyus.Az xəbər verir ki, bu barədə “Agentstvo” danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

“Bu, Trampın ekspromtudur”, – mənbə ABŞ prezidentinin açıqlamasını belə şərh edib.

O, Rusiya tərəfinin hazırda enerji atəşkəsi ilə bağlı razılaşmaya getməyə hazır olduğuna şübhə etdiyini bildirib.

Moskva Trampın açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.

ABŞ prezidenti bazar ertəsi “Truth Social” hesabında Ukrayna və Rusiyanın qarşılıqlı şəkildə enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyini yazmışdı.

“Ukrayna Rusiyanın enerji obyektlərinə zərbə endirməməyə razılaşdı. Rusiya da eyni addımı atmağa razılaşdı!”, – Tramp bildirib.

Lakin bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski daha ehtiyatlı mövqe nümayiş etdirib. O bildirib ki, tərəfdaşlar Rusiyanın Ukraynanın enerji və kritik infrastrukturuna, eləcə də ərzaq daşınması marşrutlarına hücumları dayandırmasını təmin edə bilsələr, Kiyev də qarşılıqlı zərbələrdən imtina etməyə hazırdır.

“Ukrayna Rusiyanın hər hansı razılaşmaya əməl etmək istəyinin olduğuna əmin deyil”, – Zelenski bildirib.

Kiyev buna görə tərəfdaşlarından konkret təminatlar gözləyir.

Financial Times da Trampın açıqlamasının Ukrayna rəsmiləri üçün gözlənilməz olduğunu yazır.

Qəzetin məlumatına görə, enerji atəşkəsi ideyası əslində bir müddətdir müzakirə olunur. Əvvəlcə məsələ ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli danışıqlarında qaldırılıb. Fevralda həmin danışıqlar pozulduqdan sonra müzakirələr ayrı-ayrı görüşlər və qapalı kanallar vasitəsilə davam etdirilib.

FT-nin mənbələri bildirirlər ki, Ukrayna bir neçə aydır enerji obyektləri, limanlar və digər kritik infrastruktura qarşılıqlı hücumların dayandırılmasını təklif edir. Lakin Rusiya tərəfinin indiyədək bu təklifləri qəbul etmədiyi bildirilir.

Qəzetin Rusiya mövqeyi ilə tanış mənbəsi Moskva və Kiyevin mümkün enerji atəşkesi barədə müzakirələri yenidən başladığını təsdiqləyib. Bununla belə, FT-nin digər mənbələrinin iddiasına görə, Moskva qış ərəfəsində belə bir razılaşmaya getməyə həvəsli deyil.

Mənbələr bunu Rusiya tərəfinin soyuq aylarda Ukraynanın enerji sisteminə təzyiq imkanını qorumaq istəməsi ilə əlaqələndirirlər.

Trampın açıqlamasının arxasında başqa mühüm məsələ də var – yanacağın qiyməti.

ABŞ prezidenti bundan əvvəl Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumlarını açıq şəkildə tənqid etmiş və Zelenskidən “Rusiyada dizel istehsalını sıradan çıxarmağı dayandırmağı” tələb etmişdi. Tramp bu hücumların dizel qıtlığına və dünya bazarında qiymət artımına səbəb olduğunu bildirir.

FT-yə danışan iki yüksək vəzifəli ukraynalı məmur isə Trampın enerji atəşkesi açıqlamasının ABŞ daxili siyasəti ilə də əlaqəli olduğunu düşünür. Onların fikrincə, prezident yüksək yanacaq qiymətlərindən narazı amerikalı seçicilərə qiymətlərin aşağı salınması üçün addım atdığını göstərmək istəyir.

Lakin KSE Institute hesablamaları yanacaq bahalaşmasının əsas səbəbi barədə Trampın arqumentini şübhə altına alır.

İnstitutun FT-yə təqdim etdiyi hesablamaya görə, mart-avqust aylarında Fars körfəzi ölkələrindən dizel və qazoyl ixracı 152 milyon barel, Rusiyadan isə 68 milyon barel azalıb.

Beləliklə, Fars körfəzindən tədarükdəki azalma Rusiya ixracındakı geriləmədən təxminən 2,2 dəfə çox olub. (Musavat.com)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az