• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib
  • 22-07-2026 Bakı metrosunda iş rejimi dəyişdirilir
  • 22-07-2026 Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi
  • 22-07-2026 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq
  • 22-07-2026 Azərbaycan klublarından tarixi rekord...
  • 22-07-2026 Sumqayıtda özəl tibb müəssisəsində yoxlama: Həkim sənədsiz fəaliyyət göstərib
  • 22-07-2026 Sabahın havası açıqlandı
  • 22-07-2026 Ana təbiətə metastaz verən "Hacı sindiromu" - FOTO FAKT
  • 22-07-2026 Abşeron Rayon İcra Hakimiyyəti Digah qəsəbəsində özbaşına tikinti işlərinin ört-basdır etmək istəyir
  • 22-07-2026 Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
  • 22-07-2026 Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
  • 22-07-2026 Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026 "Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
  • 21-07-2026 Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
  • 21-07-2026 Azərbaycan neftinin qiyməti 93 dolları keçdi

XƏBƏRLƏR

    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
    İspaniyanın mükafatı açıqlandı
24-06-2025, 08:29

Azyaşlının molla ilə qaçması - qanunun və İslamın diktəsi

Azyaşlının molla ilə qaçması - qanunun və İslamın diktəsi


Bir neçə gündür sosial şəbəkələrin Azərbaycan seqmenti Abşeronda 16 yaşlı qızın yaşadığı Aşağı Güzdək qəsəbəsinin mollasına evlənmək məqsədilə qoşulub qaçmasını müzakirə edir. Qəsəbə məscidinin imamı Turab Tahirov deyib ki, qızın ailəsi onun boşanmış olmasını qəbul etməyib: “Qızı bəyəndikdən sonra elçilərimi göndərmişəm. "Boşanmışa qız vermərik" deyərək, imtina ediblər".

16 yaşlı qız isə imamla öz istəyi ilə getdiyini bildirib: “Turab mənə çox dedi ki, "18 yaşın tamam olsun, sonra qaçaq". Mən dedim “gəl gedək”. Onsuz da 1 ay yarımdan sonra 17 yaşım tamam olacaq".

Qeyd edək ki, qız qaçırıldıqdan sonra onun ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Yəni qız 18 yaşına çatmasa da, hər iki tərəf evlənməyə hazırlaşır. Bu halda qanun nə deyir? Azyaşlı qızın könüllü şəkildə qoşulub qaçmasından sonra molla cəzalana bilərmi, yoxsa cütlüyün etirafları fonunda həmin kişi məsuliyyətdən azad olur?

Bəs İslam dini, şəriət konkret halda nə deyir?

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, azyaşlı şəxslə nikah və ya nikaha bərabər tutulan münasibətlər qurmaq, həmin şəxsi evliliyə məcbur etmək, yaxud onunla könüllü şəkildə belə əlaqəyə girmək cinayət tərkibli əməl sayılır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18-dir. Yalnız məhkəmənin qərarı ilə istisna hal kimi bu yaş maksimum 1 il azaldıla bilər. Bu halda da valideynlərin razılığı və əsaslandırılmış səbəblər tələb olunur.

Qız 18 yaşına çatmadığı üçün onun öz razılığı hüquqi qüvvəyə malik deyil. Yetkinlik yaşına çatmamış şəxslə, onun razılığı ilə olsa belə, hər hansı intim və ya evlilik niyyəti ilə yaxınlıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cəzalandırılır.

Din xadiminin məsuliyyəti daha ağırdır. Belə ki, hadisədə iştirak edən şəxs - məscid imamı dövlətin rəsmi şəkildə təyin etdiyi din xadimidir. Belə şəxslər eyni zamanda dövlət məmuruna bərabər ictimai statusa malikdir və onlardan gözlənilən davranış səviyyəsi daha yüksək olur. Bu baxımdan qeyd olunur ki, bu cür hallarda məsuliyyət yalnız cinayət müstəvisində deyil, həm də əxlaqi və institusional çərçivədə qiymətləndirilməlidir.


Novella Cəfəroğlu

Mövzu ilə bağlı hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb: “Qanunvericilikdə mollalar da erkən nikah hallarında birbaşa məsuliyyət daşıyırlar. Əgər onların fəaliyyət göstərdiyi bölgələrdə belə hallar baş verirsə, yalnız valideynlər deyil, polis, bələdiyyə, icra hakimiyyəti orqanları və din xadimləri də bu məsələdə cavabdeh hesab olunmalıdır. Mollaların bu cür evliliklərdə iştirak etməsi və ya onlara göz yumması qanun qarşısında məsuliyyət doğurur.

Qızın “öz istəyi” ilə getməsi isə vəziyyəti dəyişmir. Belə hallar xüsusilə kəndlərdə, qəsəbələrdə, bəzən hətta şəhər mühitində də müşahidə olunur - insanlar “qonşu nə deyər” düşüncəsi ilə susurlar və nəticədə bu cür faciəvi vəziyyətlər baş verir. Halbuki belə hadisələrdə hüquq-mühafizə orqanları dərhal müdaxilə etməli, bu cür şəxslər bir-iki dəfə ciddi şəkildə məsuliyyətə cəlb edilib həbs olunsalar, bəlkə də bundan sonra digərləri üçün dərs olar.

Təəssüf ki, bu hadisədə qızın ailəsinin də məsuliyyəti az deyil. Əgər qız doğrudan da zorla və ya aldatma yolu ilə qaçırılıbsa, valideynlər niyə israrla onu geri qaytarmağa çalışmır? Niyə bu qədər biganəlik nümayiş olunur?

Ümumilikdə isə bu, çox acınacaqlı və narahatedici haldır. 16 yaşlı yeniyetmə bir qız özündən 20 yaş böyük, boşanmış və uşaqlı bir kişiyə qoşulub qaçır. Cəmiyyət hara baxır? Məsul orqanlar nə işlə məşğuldur? Qonşular, qohumlar, ictimai nəzarət haradadır?

Bu kimi hadisələr göstərir ki, cəmiyyətimizdə ailə dəyərləri, böyük-kiçik yeri, mənəvi məsuliyyət hissi getdikcə arxa plana keçir".



Emil Rahiloğlu

İlahiyyatçı Emil Rahiloğlu qeyd edib ki, İslam şəriətində “qız qaçırma” anlayışı mövcud deyil: “Və bu cür davranışlar nə dini, nə də əxlaqi baxımdan qəbul edilmir. Əksinə, İslamda nikahın baş tutması üçün müəyyən əsas şərtlər və qaydalar mövcuddur ki, onların pozulması nikahın həm dini, həm də hüquqi baxımdan etibarsız sayılmasına səbəb olur.

Ən mühüm şərtlərdən biri valinin, yəni ata və ya qəyyumun razılığıdır. Qızın ailəsinin, xüsusilə də atasının icazəsi olmadan kəsilən kəbin etibarsız və batil sayılır. Bu, həm qızın hüquqlarının qorunması, həm də ailənin rolu və razılığının təmin edilməsi baxımından mühüm sayılır. Qızın razılığı vacib olsa da, valideynin razılığı olmadan, sadəcə, ikitərəfli razılaşma ilə bağlanan nikah dini baxımdan doğru hesab edilmir.

Beləliklə, qız qaçıraraq və ya ailənin xəbəri olmadan kəbin kəsilməsi, nəinki İslamın prinsiplərinə, həm də insan haqlarına və etik normalara ziddir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, nikah yaşına çatmayan şəxslə evlənmək və ya qadını evlənməyə məcbur etmək, eləcə də onu qaçırmaq cinayət məsuliyyəti yaradır.

Ümumilikdə isə şəriət nikahının düzgün və halal sayılması üçün aşağıdakı əsas şərtlər vacibdir:

Tərəflərin razılığı - kişi və qadın könüllü şəkildə evliliyə razı olmalıdır;

Valinin icazəsi - xüsusilə də qızın atası və ya qəyyumunun razılığı;

Məhrin təyin olunması - qadına veriləcək hüquqi və maddi təminat;

Şahidlərin iştirakı - ən azı iki ədalətli müsəlman kişinin nikahda şahid olması.

Bütün bu şərtlərin pozulması nikahın şəriət baxımından batil olmasına, eləcə də cəmiyyət daxilində əxlaqi və hüquqi problemlərin yaranmasına səbəb ola bilər.

O ki qaldı bir din xadiminin, xüsusilə də axundun bu cür addım atmasına, bunu qəti şəkildə düzgün hesab etmir və olduqca mənfi qarşılayıram. Bildiyiniz kimi, ölkəmizdə axundlar dövlət tərəfindən rəsmi şəkildə təyin olunur. Yəni istənilən şəxs özbaşına gəlib axund ola bilməz - bu, rəsmi prosedurla həyata keçirilir və həmin şəxs faktiki olaraq dövlət məmuru statusu daşıyır. Belə olan halda, bu mövqedən sui-istifadə yolverilməzdir.

Hətta qızın özü “razıyam” desə belə, bu fakt hadisəni qanuniləşdirmir və əxlaqi baxımdan da qəbulolunmaz edir. Çünki burada söhbət yalnız şəxsi münasibətlərdən yox, həm də ictimai nümunə, dini nüfuz və hüquqi məsuliyyətdən gedir. Bu cür davranış nə dinə, nə də hüquqa uyğundur".

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az