
Azərbaycanda iyulun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Nyus.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi proqnozlaşdırılır. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 , gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.
Nyus.Az
























