• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
  • 05-06-2026 Zelenski Putinə açıq məktub ünvanladı
  • 05-06-2026 “Liverpul” yeni baş məşqçisini açıqladı
  • 05-06-2026 Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
  • 05-06-2026 Aygün Bəylərin bacısı - "Ailəmlə küsülüyəm"
  • 04-06-2026 Natiq Əliyevin müəmmalı iş qrafiki: Bir gündə həm Naxçıvanda, həm Bakıda?
  • 04-06-2026 Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
  • 04-06-2026 ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

XƏBƏRLƏR

    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
    Cüdoçumuz Avropada qızıl medal qazandı
13-05-2026, 08:19

Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”

Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”


Azərbaycan Kubokunun finalında "Sabah" ilə "Zirə" arasında baş tutacaq final matçından əvvəl "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunub.

Nyus.Az xəbər verir ki, mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb:

- Bizi olduqca önəmli oyun gözləyir. Matça yaxşı hazırlaşa bilmişik. Könül istərdi ki, daha çox vaxtımız olsun. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Müəyyən yorğunluq, gərginlik var və bu da normaldır. Sabah ilk dəqiqələrdən həyəcanı, təzyiqi atıb, mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda güclü komanda var. Baxımlı futbol oynayırlar və yaxşı məşqçilər heyəti var. Oyunun mahiyyətini başa düşürük. Əlimizdən gələni edib, qalib olmağa çalışacağıq.

- Bu sualı "Zirə"nin baş məşqçisi yox, mütəxəssis kimi dəyərləndirməyinizi istəyirdim. Sabah kimi daha üstün görürsünüz?
- Mövsümün geridə qalan hissəsi hər şeyi aydın göstərib. Amma finalda qələbə qazanmaq üçün nələr etməliyik deyə düşünürük. Oyun planımız, hədəfimiz var. Çalışacağıq ki, ilk dəqiqələrdən intizamlı olaq.

- Həmkarınızın 7 titulu var, amma siz də kubokda iki final oynamısınız. Təcrübə baxımından özünüz üçün hansısa üstünlük var?
- Finallarda favoritlərlə qarşılaşmışıq. Bu il də qismətdən "Sabah"dır rəqib və çempiondur. Rəqibdə müəyyən psixoloji üstünlük var, daha inamlıdırlar. Məşqçiləri də təcrübəlidir, kubokları var. Bizim üzərimizdə təzyiq daha çoxdur, itirəcək çox şeyimiz var. Amma rəqibdə belə deyil, çempion olublar. Ona görə biz daha döyüşkən olmalıyıq. Çempionat yolu ilə avrokuboklara getmək çətin görünür. Ona görə demək olar, sabahkı matç bizim üçün son şansdır.

- Sabah bir çox klubun azarkeşi "Sabah"a dəstək olacaq. Həm "Qarabağ", həm "Neftçi", həm "Turan Tovuz" onların qələbələrini arzulayır. Bu məqam sizin üçün əlavə motivasiya ola bilər?
- Futbolçularla da bu haqda danışmışıq. Elə vəziyyət yaranıb ki, finaldakı məğlubiyyətimiz dörd komandaya sərf edir. Mən də onların yerində olsaydım, "Sabah"ın qalib gəlməsini istərdim. Amma ümumilikdə bu məqam bizim üçün hansısa əlavə motivasiya yaratmır.

- Bundan əvvəlki finallarda yaxşı oynamısınız. Bu rəqiblə son duel bərabərliklə başa çatıb. Sabah onlara qarşı necə oynayacaqsınız?
- Bəzi sualları burda cavablamaq olmur. Amma belə deyə bilərəm ki, hansısa sürpriz seçim düşünmürük. "Sabah" erkən qol vurub, rahat oynamağa çalışacaq. Bizim də planlarımız var. İstərdik ki, baxımlı oyun oynayaq. Sabah necə olacağını görəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik.

- Son oyunu Qubada "İmişli"yə qarşı keçirmisiniz və çox güc sərf etmişdiniz. Bu, matça necə təsir edəcək?
- Kubokla bağlı daha əvvəl ən çox narazılıq edən baş məşqçi mənəm. Hər mövsümə 1/8 finaldan başlayırıq. Bu dəfə də rəqibimiz "Neftçi" olmuşdu. Bu gün də final mövsüm bitməmişdir, indi də bundan gileylənirik. "İmişli" səfərində palçıqda oynamaq əlavə yorğunluq yaratdı. Oyuna çox güc qoya bilmədik. Məcbur olduq ki, bəzi futbolçuları dəyişək. Çünki orda 90 dəqiqə oynayan futbolçu hər an zədələnə bilər.

- Həmkarınız Dambrauskasa fərdi duellərdə çox uduzmusunuz. Hansısa qisas düşüncəniz var?
- "Sabah"a bu mövsüm iki dəfə uduzmuşuq. Aqressiyam yoxdur, sevinirəm ki, çempionatımızda onun kimi məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərdə qarşılaşarıq. Bu, mənim üçün daha maraqlı olar.

- Komandada əhval necədir?
- Əhval yaxşıdır. Sabah üçüncü finalımızı oynayacağıq. Futbolçularıma təşəkkür etmək istəyirəm, altı ilimdə üç final gördük. Çempionatda 5 dəfə ikinci, 1 dəfə üçüncü olmuşuq. Kubokda medallar uğrunda mübarizə aparmışıq. Liqada son iki ilin gümüş mükafatçılarıyıq. Şəraiti nəzərə alsaq, futbolçulara çox sağ ol düşür. Yayda

- Penaltilər seriyasına hazırlaşmısınız?
- Bəli, təbii olaraq. Mən də Dambrauskasın yerində olsaydım, penaltilərə hazırlaşmazdım. Düşünürəm ki, sabahkı finalda oyun penaltilərə getsə, bizimçün uğurlu ola bilər. Biz də istərdik ki, qələbəni 90 dəqiqədə qazanaq. Liqada "İmişli" ilə matçda xal itirdik və liqa yolu ilə avrokuboklara getmək şanslarımızı azaltdıq. Orda fərqli gedişlər edə bilərdik, amma kuboka görə saxladıq. Əsas diqqətimiz burdadır. Futbolçularıma bu illərdə göstərdikləri mübarizələrə görə əvvəldən təşəkkür edirəm. Çalışacağıq ki, bu mövsümü də yaxşı yerdə bitirək. Nəticədən asılı olmayaraq, futbolçulardan qürur duyuram.

- Futbolçuların ümumi durumu necədir?
- Müəyyən problemlər var, bu gün də Hacıağa Hacılı zədələndi. Bu da "İmişli" səfərindəki yorğunluqla bağlıdır. Üzərimizdə aprel ayının yorğunluğu da var. Stressli matçlar keçirdik. Rəqib isə daha rahatdır, hazırlıq üçün çox vaxtları olub. Hər şeyə sıfırdan başlayacağıq.

- Hacıağa sabah meydanda olacaq?
- Yəqin ki, yox. Hacıağa bizim üçün çox önəmli idi.

- Enrike sizin sisteminizdə çoxlu işlər görür. Amma sabah o da olmayacaq. Bu, sizə nə dərəcə problem yarada bilər?
- Enrikenin yoxluğu ciddi sıxıntılar yaratdı. Məcburiyyətdən İssa Cibrillanı ardıcıl oynatdıq, çox güc sərf etdilər. Cinah futbolçularının üzərinə böyük iş düşdü. Enrikenin yoxluğu böyük itkidir. Həm hücumda, həm müdafiədə effektiv oynayırdı. (Futbolpress.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az