• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-11-2026 Kəlbəcərdə çalışdılar, zəhmətlərinin qarşılığını ala bilmədilər – 22 usta və fəhlənin 59 300 manatlıq əməkhaqqı iddiası - VİDEO
  • 27-11-2026 Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
  • 27-11-2026 Firuzə Cəlilovanın evində nə baş verib? - DiN-dən açıqlama
  • 27-11-2026 “Dünya TV” cərimələndi
  • 27-11-2026 Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
  • 27-11-2026 Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
  • 27-11-2026 Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
  • 27-11-2026 Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb
  • 27-11-2026 TikTok insan beynini öldürür - Tokayev
  • 26-11-2026 Elmira Şabanova dəfn edildi - (Yenilənib)
  • 26-11-2026 “Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb - İLGİNC FAKTLAR
  • 26-11-2026 Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • 26-11-2026 Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU
  • 26-11-2026 Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
  • 26-11-2026 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
  • 26-11-2026 Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
  • 26-11-2026 Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
  • 26-11-2026 Bu gün Qəbələdə qaz olmayacaq - XƏBƏRDARLIQ
  • 26-11-2026 Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
  • 26-11-2026 Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama

XƏBƏRLƏR

    Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
    Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
    Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
    Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
12-04-2026, 06:09

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ

Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ


Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir.

Nyus.Az xəbər verir ki, xüsusilə təkrarlanan, getdikcə artan və gündəlik həyata təsir edən unutqanlıqların "normal" sayılmaması tövsiyə olunur.

Türkiyəli nevroloq Hasan Armağan Uysalın sözlərinə görə, hər unutqanlıq eyni deyil və normal unutqanlıqla xəstəliyə bağlı yaddaş problemləri arasında ciddi fərq var. O bildirib ki, adi hallarda insan unutduğu məlumatı sonradan xatırlaya bilir, lakin xəstəliyə bağlı unutqanlıqda məlumat tam itir və insan eyni sualları dəfələrlə təkrarlayır, bunu isə özü fərq etmir.

Qeyd edib ki, gündəlik həyata təsir edən əlamətlər, məsələn tanış yerdə yolunu itirmək, maliyyə işlərində çətinlik, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik ciddi siqnal hesab olunmalıdır.

Unutqanlığın ən çox bilinən səbəblərindən biri olan Alzheimer xəstəliyinin adətən gizli başladığını deyən həkim vurğulayıb ki, ilkin mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrar olunur və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə insanın qərarvermə və gündəlik həyatı təşkil etmə qabiliyyəti zəifləyir.

Bununla yanaşı, hər unutqanlığın ciddi nevroloji problem olmadığını deyən həkim, xüsusilə gənclərdə səbəblərin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, yuxusuzluq, stress, depressiya və rəqəmsal informasiya yükü diqqəti zəiflədir və bu da yaddaş problemləri kimi özünü göstərir.

Mütəxəssis unutqanlıq artdığı və ya davranış dəyişiklikləri ilə müşayiət olunduğu halda gecikmədən həkimə müraciət etməyi tövsiyə edir. Erkən diaqnozun xəstəliyin gedişini idarə etmək və həyat keyfiyyətini qorumaq baxımından mühüm rol oynadığı vurğulanır.

Həkim həmçinin yaddaşı qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Müntəzəm idman, keyfiyyətli yuxu, sosial aktivlik və yeni biliklər öyrənmək beynin sağlam qalmasına kömək edir.

Həmçnini vurğulanıb ki, xüsusilə vitamin çatışmazlığı və ya psixoloji səbəblərlə bağlı olduqda unutqanlıq geri dönə bilər. Lakin Alzheimer kimi xəstəliklərdə tam sağalma mümkün olmasa da, düzgün müalicə ilə prosesi yavaşlatmaq mümkündür.//Milli.Az


[b]Nyus.Az[/b
]

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az