• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-11-2026 Kəlbəcərdə çalışdılar, zəhmətlərinin qarşılığını ala bilmədilər – 22 usta və fəhlənin 59 300 manatlıq əməkhaqqı iddiası - VİDEO
  • 27-11-2026 Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
  • 27-11-2026 Firuzə Cəlilovanın evində nə baş verib? - DiN-dən açıqlama
  • 27-11-2026 “Dünya TV” cərimələndi
  • 27-11-2026 Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
  • 27-11-2026 Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
  • 27-11-2026 Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
  • 27-11-2026 Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb
  • 27-11-2026 TikTok insan beynini öldürür - Tokayev
  • 26-11-2026 Elmira Şabanova dəfn edildi - (Yenilənib)
  • 26-11-2026 “Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb - İLGİNC FAKTLAR
  • 26-11-2026 Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • 26-11-2026 Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU
  • 26-11-2026 Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
  • 26-11-2026 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
  • 26-11-2026 Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
  • 26-11-2026 Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
  • 26-11-2026 Bu gün Qəbələdə qaz olmayacaq - XƏBƏRDARLIQ
  • 26-11-2026 Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
  • 26-11-2026 Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama

XƏBƏRLƏR

    Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
    Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
    Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
    Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
25-03-2026, 08:14

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər

Səhra qumlarının altından 500 illik xəzinə gəmisi tapıldı: İçindəki qızıl və sirlər


2008-ci ilin aprelində Namibiyada U-60 almaz mədəninin ciddi qorunan ərazisində geoloq qumda yarı basdırılmış, yuvarlaq daşa bənzər obyekt görüb. Tapıntı ilk baxışda xəzinəyə bənzəmirdi. Sonradan bunun "Fugger" bank ailəsinə aid üçdişli nişanlı mis külçə olduğu müəyyən edilib.

Nyus.Az xəbər verir ki, bu tapıntı gəmi qəzalarının araşdırılması üçün ən uyğun olmayan yerlərdən birində - Namibiyanın cənub sahillərində, Oranj çayı yaxınlığındakı qapalı almaz zonası Şperrqebitdə aşkar edilib. Bu ərazi sərt iqlimi və ciddi mühafizəsi səbəbindən talançılar tərəfindən heç vaxt dağıdılmayıb.

Qum təmizləndikcə ard-arda artefaktlar üzə çıxmağa başlayıb: mis külçələr, fil sümüyü, silahlar və naviqasiya alətləri. Daha sonra isə qeyri-adi yük aşkar edilib - 2000-dən çox qızıl sikkə, onların böyük hissəsi isə portuqal deyil, ispan mənşəli olub.

Araşdırmalar nəticəsində gəminin 7 mart 1533-cü ildə Lissabondan yola çıxan və yoxa çıxan portuqal "Bom Jesus" ("Yaxşı İsa") gəmisi olduğu müəyyən edilib.

Yük və tarix izləri

Gəminin identifikasiyası müxtəlif sübutların birləşdirilməsi ilə mümkün olub. Bəzi sikkələrdə Portuqaliya kralı Juan III-ün təsviri yer alır və onların 1525-1538-ci illər arasında zərb edildiyi məlumdur.

Gəminin yükü onun Hind okeanı ticarət marşrutlarına doğru hərəkət etdiyini göstərir. O, geri dönmürdü, əksinə qiymətli mallar almaq üçün metal və pul daşıyırdı. Lakin qızıl sikkələrin təxminən 70%-nin ispan "excelentes" olması tədqiqatçıları təəccübləndirib.

Tarixçi Aleşandre Monteyru arxivlərdə araşdırma apararaq 1533-cü ilə aid sənəd tapıb. Sənədə görə, kral Juan III Sevilyaya nümayəndə göndərərək ispan investorlarından 20 min qızıl kruzado toplatdırıb. Bu fakt tapılan sikkələrin mənşəyini izah edir.

Sahil həm məhv etdi, həm qorudu

Alimlərin fikrincə, gəmi güclü fırtına nəticəsində sahilə sürüklənərək qayalara çırpılıb. Ağır mis yükü isə qalıqların yerində qalmasına və okeana yayılmamasına səbəb olub.

Nəticədə gəmi qalıqları əsrlər boyu qum altında qorunub. Arxeoloqlar 22 ton mis, fil sümüyü, silahlar, taxta hissələr və müxtəlif alətlər aşkar ediblər. Həmçinin təxminən 23 kiloqram qızıl sikkə tapılıb.

Bu, XVI əsrə aid gəmi üçün olduqca yaxşı qorunmuş tapıntı hesab olunur.

Kimlik necə müəyyən edildi?

1755-ci ildə Lissabonda baş verən zəlzələ, sunami və yanğın nəticəsində Portuqaliyanın dəniz arxivlərinin böyük hissəsi məhv olub. Bu səbəbdən tədqiqatçılar yalnız qismən qorunmuş mənbələrə əsaslanıblar.

Mənbələr həmin dövrdə Namibiya sahillərində itən yalnız bir gəmini göstərir - "Bom Jesus". Bəzi sənədlərdə bu ad "itirilmiş" qeydi ilə birlikdə qeyd olunub. Bu faktlar gəminin məhz həmin gəmi olmasını yüksək ehtimalla təsdiqləyir.

Almaz mədənində aparılan qazıntılar

Qazıntılar da qeyri-adi şəraitdə aparılıb. Ərazi dəniz səviyyəsindən təxminən 6 metr aşağıda yerləşir və Atlantik okeanından qoruyucu divarla ayrılıb.

İşlər "Namdeb" şirkəti ( "De Beers" və Namibiya hökumətinin birgə müəssisəsi) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Layihədə əsas fiqurlardan biri arxeoloq Diter Noli olub.

Qızıldan daha çoxunu qoruyan qum

Tapıntılar arasında ən diqqətçəkənlərdən bəziləri insan izləri olub. Məsələn, taxta altında sıxılmış ayaqqabı içində ayaq barmağı sümükləri aşkar edilib. Digər insan qalıqları isə çox az tapılıb.

Bu isə ehtimal yaradır ki, gəmidə olan təxminən 300 nəfərin bir hissəsi sağ qalaraq sahilə çıxa bilib. Onların sonrakı taleyi isə naməlum olaraq qalır.

UNESCO-nun 2001-ci il konvensiyasına görə, 100 ildən artıq su altında qalan obyektlər sualtı mədəni irs sayılır. Namibiyadakı bu tapıntı isə yalnız hüquqi deyil, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıyır - o, 1533-cü ilin ticarət dünyasının nadir "anı"nı günümüzə qədər qoruyub. (Qaynarinfo)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az