• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-08-2026 KƏPƏZ HOSPİTAL: Nazirlikdən susqunluq
  • 27-08-2026 İcra başçısının atası Bakıda dava etdi
  • 27-08-2026 DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • 27-08-2026 Yusif Ələsgərovsayağı qohumbazlıq nümunəsi....
  • 27-08-2026 Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
  • 27-08-2026 Xətai rayonunda Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə konsert təşkil olunub - VİDEO
  • 27-08-2026 Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
  • 27-08-2026 Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKT
  • 27-08-2026 Polad Bülbüloğludan boşandığı deyilən xanımı danışdı: "ONUN ƏTRAFINDA HƏMİŞƏ QADINLAR OLUB"
  • 27-08-2026 SON DƏQİQƏ! Yeni müharibə planı üzə çıxdı - İran belə VURULACAQ
  • 27-08-2026 Nazirlikdən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar ƏHALİYƏ XƏBƏRDARLIQ
  • 27-08-2026 Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
  • 27-08-2026 Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - VIDEO
  • 27-08-2026 Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - VIDEO
  • 27-08-2026 “Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları
  • 27-08-2026 Neft yenə ucuzlaşdı
  • 27-08-2026 Hərbi möhləti olanların diqqətinə - Bu halda ləğv ediləcək
  • 27-08-2026 UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
  • 27-08-2026 Ermənistanın sabiq prezidenti həbsə göndərildi
  • 27-08-2026 Nigar Fərhad saxlanıldı

XƏBƏRLƏR

    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
    İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
    Ran Kojuk: "Sabah"la oyun asan olmadı
    "Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
    "Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
    “Qarabağ” “Sabah”ı təbrik etdi
18-02-2026, 14:28

“Rezidenturasız rəhbər, TƏBİB-də şəffaflıq böhranı”

“Rezidenturasız rəhbər, TƏBİB-də şəffaflıq böhranı”


Azərbaycan səhiyyə sistemində baş verən kadr dəyişiklikləri və son dövrlərdə artan narazılıqlar fonunda, TƏBİB rəhbərliyindəki dəyişikliklər yalnız idarəetmə məsələsi deyil, həm də hüquqi və ictimai məsuliyyət məsələsi kimi qiymətləndirilməlidir. Keçmiş rəhbər Vüqar Qurbanov dövründə edilən təyinatlarla bağlı ortaya çıxan suallar isə bu günədək cavabsız qalır.
23 yanvar 2026-cı il tarixində Mediatv.az redaksiyası tərəfindən 10/341 nömrəli məktubla TƏBİB-ə rəsmi informasiya sorğusu6 göndərilib. Sorğuda Qobustan Rayon Mərkəzi Xəstəxanası direktoru Günay Muradova barədə daxil olmuş ziddiyyətli məlumatlara aydınlıq gətirilməsi xahiş olunub. Lakin bir aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.



Bu isə birbaşa “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Həmin qanuna görə,dövlət orqanları informasiya sorğusuna müəyyən edilmiş müddətdə cavab verməyə borcludur,cavab verməmək və ya əsassız şəkildə gecikdirmək informasiya əldə etmək hüququnun məhdudlaşdırılması hesab olunur. Beləliklə, dövlət qurumunun susqunluğu artıq sadəcə etik məsələ deyil — hüquqi məsuliyyət doğura biləcək davranışdır.
Təhsil və ixtisas məsələsi: hüquqi boşluq, yoxsa açıq pozuntu?
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, xəstəxana rəhbərinin ləğv edilmiş Azərbaycan Beynəlxalq Universiteti məzunu olduğu və rezidentura təhsili olmadığı iddia olunur. Əgər bu məlumatlar təsdiqlənərsə, ortaya ciddi hüquqi sual çıxır,rezidentura təhsili olmayan şəxs dövlət tibb müəssisəsinə rəhbər təyin oluna bilərmi?
Azərbaycanın səhiyyə qanunvericiliyi və peşə standartları göstərir ki, tibbi fəaliyyət və idarəetmə vəzifələri müvafiq ixtisas və peşə hazırlığı tələb edir,rəhbər vəzifələrdə çalışan şəxslərin peşə kompetensiyası və ixtisas uyğunluğu təmin edilməlidir,dövlət tibb müəssisələrində rəhbər təyinatları şəffaf və əsaslandırılmış meyarlara söykənməlidir.Əgər rezidentura və ya ekvivalent ixtisaslaşma zəruri şərtdirsə, bu şərtin necə yan keçildiyi barədə ictimaiyyətə rəsmi izah verilməlidir. Əks halda, bu, idarəetmə səlahiyyətindən sui-istifadə və ya normativ tələblərin pozulması şübhəsini yaradır.

Xəstəxanada fəaliyyətin dayanması iddiaları – mümkün hüquqi nəticələr

İddialara görə, xəstəxanada istilik sisteminin işləməməsi səbəbindən stasionar şöbələr fəaliyyətini dayandırıb, xəstə qəbulu mümkün olmayıb və tibbi personal məcburi məzuniyyətə göndərilib.
Bu məlumatlar təsdiqlənərsə, vətəndaşların tibbi xidmətə çıxış hüququnun pozulması,əmək qanunvericiliyinin mümkün pozuntuları,dövlət büdcəsi hesabına maliyyələşən müəssisədə idarəetmə məsuliyyətinin yerinə yetirilməməsi kimi hüquqi nəticələr gündəmə gələ bilər.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun dövlətin əhalinin fasiləsiz tibbi xidmətlə təmin edilməsinə məsul olduğunu açıq şəkildə müəyyən edir. Dövlət xəstəxanasının faktiki fəaliyyət göstərməməsi isə bu prinsipin ciddi şəkildə sual altına düşməsi deməkdir.

Sorğumuza cavab verilməməsi artıq təsadüfi görünmür.Əslində susqunluq daha çox sual yaradır.Günay Muradovanın təyinatı hansı meyarlarla aparılıb,təhsil və ixtisas sənədləri yoxlanılıbmı və xəstəxanadakı idarəetmə problemlərinə görə kim məsuliyyət daşıyır?
Səhiyyə sistemi eksperiment meydanı deyil. Burada edilən hər bir təyinat birbaşa insan həyatına təsir edir. Peşəkar standartların pozulması ehtimalı belə ictimai narahatlıq yaratmaq üçün kifayətdir.
Bu gün cəmiyyətin gözlədiyi sadə bir şey var: qanunun işləməsi və şəffaf cavablar.
Əgər iddialar yalandırsa, bunu rəsmi sənədlərlə təkzib etmək niyə bu qədər çətindir?
Yox əgər doğrudursa, onda məsuliyyət haradadır?//mediatv.az

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az