• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO
  • 27-08-2026 KƏPƏZ HOSPİTAL: Nazirlikdən susqunluq
  • 27-08-2026 İcra başçısının atası Bakıda dava etdi
  • 27-08-2026 DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • 27-08-2026 Yusif Ələsgərovsayağı qohumbazlıq nümunəsi....
  • 27-08-2026 Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
  • 27-08-2026 Xətai rayonunda Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə konsert təşkil olunub - VİDEO
  • 27-08-2026 Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
  • 27-08-2026 Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKT
  • 27-08-2026 Polad Bülbüloğludan boşandığı deyilən xanımı danışdı: "ONUN ƏTRAFINDA HƏMİŞƏ QADINLAR OLUB"
  • 27-08-2026 SON DƏQİQƏ! Yeni müharibə planı üzə çıxdı - İran belə VURULACAQ
  • 27-08-2026 Nazirlikdən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar ƏHALİYƏ XƏBƏRDARLIQ
  • 27-08-2026 Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
  • 27-08-2026 Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - VIDEO
  • 27-08-2026 Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - VIDEO
  • 27-08-2026 “Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları

XƏBƏRLƏR

    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
    İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
    Ran Kojuk: "Sabah"la oyun asan olmadı
27-06-2025, 09:32

İsa peyğəmbərin 12 həvarisindən 1-i Bakıda ölüb? - Kilsədən AÇIQLAMA

İsa peyğəmbərin 12 həvarisindən 1-i Bakıda ölüb? - Kilsədən AÇIQLAMA


24 iyun tarixində bütün xristianlar üçün müqəddəs sayılan həvari Bartalmay üçün Bakı şəhərində - Qız qalasının ətrafında dua mərasimi keçirilib. İbadətə Bakı və Azərbaycan yepiskopu Aleksiy başçılıq edib. Onu yeparxiyanın ruhaniləri müşayiət ediblər.

İbadətin sonunda Bakı yeparxiyasının rəhbəri yepiskop Aleksiy və Azərbaycanda Katolik kilsəsinin apostol prefekti yepiskop Vladimir şəhərə və imanlılara xeyir-dua veriblər.

Modern.az mövzu ilə bağlı Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayevlə həmsöhbət olub.

O qeyd edib ki, xristianlığın ilk illərdə geniş yayılması İsa Məsihin 12 şagirdinin vaiz fəaliyyəti ilə bağlıdır. Həmin 12 şagirdə biz "12 həvari" və ya "12 apostol" deyirik. Həvari ərəb mənşəli, apostol isə yunan mənşəlidir - onlar "elçi", "göndərilən" mənasını daşıyır:

"İsa Məsih ölümdən diriləndən sonra və göylərə qalxmasından öncə şagirdlərinə bir tapşırıq verir: "Gedin, bütün millətləri mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin" (Mattanın İncili 28, 19). Allahın iradəsinə görə, hər bir həvariyə o dövrdə məlum dünyanın müxtəlif istiqamətlərinə həvari səfəri etmək püşkü düşdü. Həm Şərqi Kilsənin, həm də Qərbi Kilsənin əsrlər boyu qoruyub saxladığı və nəsildən nəsilə ötürdüyü qədim ənənəsinə görə Cənubi Qafqazda və xüsusən də müasir Azərbaycanın torpaqlarında xristianlığın vəfz edilməsi həvari Bartalmayın (əsl adı Natanieldir, Bartalmay adı onun atasının adı ilə bağlıdır - bar Talmay - Talmayın oğulu) adı ilə bağlıdır".

Toral Ağayev vurğulayıb ki, kilsə rəvayətinə görə, Bartalmayın həvari səyahəti müasir Türkiyə, Cənubi Qafqaz, İran və Hindistan ərazilərindən keçib.

"Onun harada şəhid olması ilə bağlı müxtəlif versiyalar var. Onlardan biri Bartalmayın məhz Xəzər dənizinin sahilində bütpərəst kahinlər tərəfindən öldürüldüyünü deyir".

Regionumuzun xristianları arasında həvarinin şəhid olduğu məkanın məhz Bakının Qız qalasının ətəyinin olması inancı qədim zamanlardan mövcud olub.

Bu səbəbdən də, Kilsənin rəvayətinə və ənənəsinə etibar edərək, yerli xristianlar müqəddəs həvari Bartalmayı torpaqlarımızın və bu torpaqlarda duran kilsənin səmavi hamisi, şəfaətçisi kimi qəbul edir".

"Əslində, bu bir iman məsələsidir və bu iman ənənəsini Azərbaycanda iki həvari-mənşəli Kilsələr yaşadır - Azərbaycanın Pravoslav və Katolik Kilsələri.

Buna görə də hər il həvari Bartalmayın Şərqi xristian ənənəsinə görə anım günündə, yəni 24 iyunda, Azərbaycanın pravoslav icması, ölkənin katolik və digər xristian icmalarının üzvlərinin iştirakı ilə, müqəddəs həvari Bartalmayın şərəfinə Qız qalasının ətəyində ibadət keçirir, səmavi hamimizin şəfaəti ilə Allahdan Bakımıza və ölkəmizə xeyir-dua, əmin-amanlıq, xalqımıza sülh və rifah diləyir".

Kilsənin Qərb ənənəsindən də danışan T. Ağayev qeyd edib ki, həvari Bartalmayın xatirəsi avqustun 24-də qeyd olunur. Həmin gün ölkədə yaşayan katolik xristianlar Müqəddəs Məryəm katolik kilsəsində həvarinin şəfaəti ilə keçirilən ibadətdən sonra, kilsədən Qız qalasınadək kiçik zəvvar gəzintisi edir və pravoslavlar kimi, həvari Bartalmayın iman rəşadəti və şəhadəti xatirinə Allahdan kilsə, ölkə və xalq üçün dualar edir:

"Bartalmayın qəbrinin Qız qalasının ətəyində olub-olmaması haqqında kilsənin məlumatı yoxdur.
Lakin müqəddəs həvarinin mübarək qalıqları Bakının həm pravoslav kafedral kilsəsində, həm də paytaxtın baş katolik kilsəsində saxlanılır.

Azərbaycanda bu qədim ənənənin qorunub saxlanılması və yerli xristianlar tərəfindən yaşadılması ölkə tarixinin qədimliyinin, cəmiyyətimizin dini-mənəvi zənginliyinin gözəl nümunələrindən biridir".

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az