• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
1-04-2025, 08:55

Həkim həqiqətləri açdı: "Pul qazanmaq üçün uşağınıza bu analizləri verdirirlər"

[center]Həkim həqiqətləri açdı: "Pul qazanmaq üçün uşağınıza bu analizləri verdirirlər"[/center]

"Lazımsız analizlər bizə heç bir məlumat vermir, amma əsasən rayon yerlərində bunu çox görürük. Birinci növbədə qan analizi ilə qurd xəstəliklərinə diaqnoz qoymağa çalışmaq düzgün deyil".

Nyus.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib.

O, uşaqlar üçün bəzi həkimlərin tələb etdiyi analizlərin lazımsız olduğunu deyərək həmin analizləri sıralayıb:

"Gəlirlər ki, mən uşağın qurdunu yoxlatmışam. Baxırıq ki, bu qanda immunonqlobulin G analizidir. Bu bizə heç nə vermir. Hazırda uşaq xəstədirmi, onda qurd varmı, nə vaxtsa olubmu və s. bu analiz onu göstərir və hansı dərəcədə olduğu barədə informasiya vermir. Çünki qanda müəyyən infeksiyalara qarşı yaranan anticisimlər qurdlar üçün spesifik deyil. Yəni biz onun özünü görmədən, uşağın nəcisində mikroskop altında qurd yumurtasını görmədən qanda ona qarşı yaranan anticisimlərə baxaraq deyə bilmərik ki, uşaqda filan qurd xəstəliyi var. Biz qurd xəstəliyinə görə kimyəvi dərman verməliyik. Bu dərman isə qaraciyərə zərərlidir. Ona görə də biz bu riskə getməməliyik. Bu səbəbdən uşağın nəcis analizi verilməlidir. Sual oluna bilər ki, bəs nə üçün klinikalarda qurda baxmaq üçün qan analizi vermək təklif edilir? Bu həmin klinikaların sadəcə pul qazanmaq üçün olan yöntəmidir. Yəni əgər həkim xəstəni klinikaya göndərirsə, klinika bundan imtina etsə, pul itirəcək, amma burada həkim də məlumat baxımından nə isə qazanmır. Ona elə gəlir ki, məlumat alır, əslində həkim bunun əsasında müalicə yazacaqsa, düzgün deyil. Sizə bu təklif olunanda imtina edin. Bəzi həkimlər isə xəstənin istəyi əsasında onu bu analiz üçün göndərir. Baxırlar ki, buna tələbat var".

Pediatr digər gərəksiz analizin isə revmatizmlə bağlı olduğunu deyib:

"Revmatizm analizi deyə bir şey yoxdur. Revmatoloji xəstəliklər analizi var, bu da revmatoloqların sahəsinə aiddir və onlar bu xüsusi analizləri verdirə bilərlər. Əgər siz hansısa pediatrın yanına gedəndə və ya hansısa klinikaya yaxınlaşıb uşağınız üçün test verdirmək istəyirsinizsə, bu yanlış yanaşmadır. Belə bir analiz yoxdur ki, uşaq xəstə olmadığı halda revmatizm var ya yox onu bildirsin. Uşaq sağlamdır, heç bir şikayəti yoxdur, sadəcə aradabir deyir ki, ayağım ağrıyır və buna görə də siz onun revmatizmini yoxlatdırısınız. Bəzi analar isə deyir ki, məndə uşaq vaxtı revmatizm olub, qorxuram ki, uşağıma da keçmiş olar. Belə bir şey yoxdur".

A.İsmayılzadə uşaqlarda vitamin d-nin yoxlanmasını da lazımsız hesab edir:

"Digər mənasız analizlərdən biri də qanda d vitamininin yoxlanmasıdır. Mən öz uşqlarıma yalnız körpə olanda d vitamini vermişəm. Böyüyəndən sonra isə nə özünü, nə analizini vermişəm. Sağlam böyüyüblər. Əgər mən bir şeyi öz uşağıma etdirmirəmsə, bunu digər uşaqlara da şamil edirəm. Digər həkimlər məni qınaya bilər. Bu gün vitamin d, kalsium analizi həm də verilən dərmanları dəbdir. D vitamini ilə problemlər aradan götürülmür, immunitet zəifdirsə yenə də zəif olaraq qalır. Koronavirus vaxtı da gördük ki, vitamin d verməklə biz heç bir ağırlaşmanın qabağını ala bilmirik. Vitamin d-nin işi kalsiumun bağırsaqlardan sovrulmasına kömək etmək, bununla da raxitin qarşısını almaqdır.

Böyüklərdə isə bəzi xəstələrdə osteoparozun qarşısını almaq üçün vitamin d verilir. Bəzi xəstələrdə isə qalxanvari vəzdə hormonların hüceyrələrə girməsi üçün də verilir, amma uşaqlarda ucdantutma hamıya qış gələn kimi vkitamin d vermək düzgün deyil. Bunun norması deyə bir şey yoxdur, amma artıqlığı problem yarada bilər. Vitamin d-nin təbii mənbəyi günəşdir.
Bunlar hamısı ticarətdir və pul qazanılır".

Mütəxəssis kalsium azlığının isə yalnız çox ac qalanda yarandığını söyləyib:

"Kalsium da bu analizlərdən biridir. Qanda hormonal olaraq tənzimlənən elementdir. Kalsium əsasən sinirlərə və əzələlərə lazımdır. Bədənin marağında deyil ki, sənin dırnağında və s. kalsium azdır. İnsan o qədər ac qalmalıdır ki, kalsium azalsın. İndi ac qalan yoxdur. Hazırkı dövrdə kalsium azlığına bağlı qıcolmalar da yoxdur. Hamilələrdə bu ola bilər. Çünki bətnində uşaq daşıyır və kalsium ona azlıq edə və əzələlərində kramplar ola bilər. Bu maqnezium azlığına da bağlı ola bilər. Yaxşı qidalanma və sağlam bağırsaqla hər şeyi normaya qaytara bilərik.

Heyvanın sümüyünü qaynadıb yeməklə onun bədənindəki kalsiumlar çıxıb sizin bədəninizə yapışmayacaq. Tərəvəz yeyin. Heyvanları saxlayan yabanı otlardır. Ən yaxşı kalsium bitki məhsullarından sovrulur.

Ana uşağa az süd verirsə, düzgün qidalandırmırsa, belə hallarda ona kalsium təyin edirəm. Belə uşaqlarda əlavə qidalardan kalsium sovrulması olmur deyə onda defisit ola bilər.

Həmçinin xəstəlik vaxtı ferritin analizi də vermək düzgün deyil, çünki göstərici yuxarı olacaq. Ferritin analizi uşaq sağlam olanda verilməlidir.

Durduq yerə uşaqlarda qaraciyər, B12 testləri verdirmək lazım deyil. İnsanlar düşünür ki, çox analiz verdirən yaxşı həkimdir. Yaxşı həkim analizlər verdirməkdənsə, əlamətlərə baxaraq qərar verə bilər". (Ölkə.az)

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az