
Avropa Cüdo İttifaqı (EJU) Zaqrebdə keçiriləcək Qran-pridə uğur qazanmaq ehtimalı yüksək olan idmançılar barəsində yazı hazırlayıb.
Nyus.Az İdman.biz-ə istinadən xəbər verir ki, yazıda azərbaycanlı cüdoçu Turan Bayramov (60 kq) xüsusi yer verilib.
Turanın öz çəkisində reytinq favoriti olduğu bildirilib: "Turan Olimpiya Oyunların yollanmaq uğrunda komanda yoldaşı Balabəy Ağayevlə yarışsa da, məqsədinə çata bilməyib. İndi o öz çəkisində Qran-prinin favoritləri arasında yer alır. Dünya reytinqində 17-ci pillədə yer alan Bayramov qələbəyə əsas namizədlərdən sayılır".
Qeyd edək ki, Xorvatiya paytatındakı Qran-pri sentyabrın 13-15-də təşkil olunacaq.
Nyus.Az

























