• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO
  • 27-08-2026 KƏPƏZ HOSPİTAL: Nazirlikdən susqunluq
  • 27-08-2026 İcra başçısının atası Bakıda dava etdi
  • 27-08-2026 DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • 27-08-2026 Yusif Ələsgərovsayağı qohumbazlıq nümunəsi....
  • 27-08-2026 Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir
  • 27-08-2026 Xətai rayonunda Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə konsert təşkil olunub - VİDEO
  • 27-08-2026 Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
  • 27-08-2026 Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKT
  • 27-08-2026 Polad Bülbüloğludan boşandığı deyilən xanımı danışdı: "ONUN ƏTRAFINDA HƏMİŞƏ QADINLAR OLUB"
  • 27-08-2026 SON DƏQİQƏ! Yeni müharibə planı üzə çıxdı - İran belə VURULACAQ
  • 27-08-2026 Nazirlikdən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar ƏHALİYƏ XƏBƏRDARLIQ
  • 27-08-2026 Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi: indi tarix Köçəryanla Sarkisyanın qapısını döyür
  • 27-08-2026 Yanan maşını yanacaqdoldurma məntəqəsindən belə uzaqlaşdırdı - VIDEO
  • 27-08-2026 Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - VIDEO
  • 27-08-2026 “Beyin çürüməsi” əsrində diqqəti cəmləməyin yolları

XƏBƏRLƏR

    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
    İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
    Ran Kojuk: "Sabah"la oyun asan olmadı
9-08-2024, 09:26

Ukrayna Rusiyanın elə bir rayonuna girib ki... - Vasadze

Ukrayna Rusiyanın elə bir rayonuna girib ki... - Vasadze


Nyus.Az gürcü politoloq Gela Vasadzenin Ukraynanın Kursk istiqamətində hücumu ilə bağlı axar.az-a müsahibəsini təqdim edir:

- Ukrayna ordusu necə oldu ki, Kurska hücum etməyə güc tapdı? Bu bölgənin Ukrayna üçün əhəmiyyəti nədir?

- Ukrayna ordusunun Suca rayon mərkəzinə nəzarəti ələ keçirdiyi artıq göz qabağındadır. Bu, sıradan bir rayon mərkəzi deyil. Sucada qazpaylayıcı stansiya - yəni Avropaya gedən magistral qaz kəməri və dəmir yolu var. Bura rus qoşunlarının Volçanskdakı qrupu üçün təchizat logistikasıdır. Xarkov vilayətində də plasdarm ələ keçirilib. Orada, bildiyimiz kimi, vəziyyət kifayət qədər çətin idi. Ən maraqlısı odur ki, Kurçatovdakı AES-ə birbaşa təhlükə yaranıb. Ukraynanın atom elektrik stansiyasına nəzarəti ələ keçirməyə çalışacağına əmin deyiləm. Amma nəzəri olaraq onların bunu edə biləcəyini fərz etsək, onda nəticə 1:1 olacaq - Zaporojye AES Rusiyanın, Kurçatov AES isə Ukraynanın əlindədir. Bu, Ukrayna və ümumiyyətlə, müharibənin ümumi gedişi üçün yaxşı olardı.

Siyasi nəticələrə gəlincə, onu qeyd etmək olar ki, bu, ruslar üçün tamamilə gözlənilməz oldu. Onlar əmin idilər ki, Rusiya ərazisi toxunulmazdır. Ruslar hələ də onlara qarşı kiminsə döyüşə bilməyəcəyi paradiqmasında yaşayırlar. Onlar özləri döyüşür, siz isə onlarla mübarizə apara bilməzsiniz. Məlum oldu ki, onlara qarşı döyüşmək mümkündür. Ruslar artıq anlayırlar ki, ərazilərinə pilotsuz təyyarələr, raketlər və s. ilə hücum etmək, Rusiya ərazisini ələ keçirmək mümkündür. Çünki bu müharibədir. Və müharibə zamanı sərhədlər yoxdur. Ruslar özləri sərhədləri ləğv etdilər. Beləliklə, gözlənilməzlik, qarşılayın!

- Kurska hücum F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi xəbərindən sonra baş verib. Bu hadisələr arasında hər hansı əlaqə varmı?

- Ukrayna vəziyyətin gərginləşməsindən qorxan Qərb tərəfdaşlarına artıq boylanmayacaq. BMT nümayəndəsinin münaqişənin şiddətlənəcəyinə dair bəyanatından çox təəccübləndim. Deməli, uşaqların öldüyü, uşaq klinikasına raket atılması münaqişənin eskalasiyasi deyil, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması eskalasiyadır? Ümumiyyətlə, beynəlxalq qurumların tam gücsüzlüyü çoxdan sübut olunub, ona görə də buna diqqət yetirməyin mənası yoxdur. F-16-ya gəlincə, istifadə olunub-olunmadığını bilmirəm, amma orada təyyarələr və raketlər uçurdu. Düşünürəm ki, F-16 qırıcılarının təhvil verilməsi ilə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olması arasında əlaqənin olması ehtimalı azdır. Burada daha çox ABŞ-da baş verən prezidentlik yarışı ilə bağlı hadisələrlə əlaqə var. İndi isə Ukraynanın nə köhnə, nə də yeni ABŞ administrasiyasına baxmağının mənası yoxdur. Onlar öz işlərini görməlidirlər və görürlər. Ordu öz işini görür. Və ümid edirəm ki, siyasətçilər onlara qarışmayacaqlar. Çünki fakt faktlığında qalır: Ukraynada baş verən bir çox mənfi hadisələr birbaşa siyasi müdaxilədir.

- Necə bilirsiniz, Ukrayna tutduğu əraziləri əlində saxlaya biləcəkmi?

- Hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Ukrayna Silahlı Qüvvələri ərazini saxlaya bilərmi, onların ərazini tutmaq və ya uğurlarını inkişaf etdirmək planları varmı? - məlum deyil. İndi onlar hələ ki, şimala doğru irəliləyərək uğurlarını möhkəmləndirirlər. Başqa bir şəhəri ələ keçirsələr, bu, Putin rejiminin üzünə bir şillə olacaq.

- Ukrayna ordusunun cəbhədə uğuru sülh danışıqlarına necə təsir edə bilər?

- Danışıqlar yoxdur. Amma əgər Ukrayna Rusiya ərazisinin əhəmiyyətli hissəsinə nəzarət edərsə, deməli bu, danışıqlar üçün yaxşı mövqedir. Gerasimov Putinə bildirdi ki, onların vəzifəsi Rusiya Federasiyasının sərhədinə çatmaqdır. 2,5 illik müharibədən sonra Baş Qərargah rəisi Rusiya sərhədinə çıxmağı qarşısına vəzifə kimi qoyur. Halbuki indiyə qədər bunu Ukrayna tərəf edirdi. Ona görə də düşünürəm ki, müharibənin mahiyyəti dəyişəcək, o mənada ki, müttəfiqlərə boylanmaq lazım olmayacaq və s. Ukraynanın geriyə baxacaq heç nəyi yoxdur. Onlar üçün dövlətin varlığı təhlükə altındadır.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az