
Avropa Cüdo İttifaqı Hidayət Heydərovun Paris-2024 Olimpiadasındakı qələbəsi ilə bağlı paylaşım edib.
Nyus.Az İdman.biz-ə istinadən xəbər verir ki, paylaşım "1 şəkil. 2 Olimpiya çempionu. 16 il aralığında" adlandırılıb.
Olimpiya çempionu olduqdan sonra Hidayət Heydərovun Pekin-2008 Olimpiadasının qalibi Elnur Məmmədli ilə sevinc anlarını bölüşməsi tarixin yaddaşına köçürülüb.
Nyus.Az

























