• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO
  • 27-08-2026 KƏPƏZ HOSPİTAL: Nazirlikdən susqunluq
  • 27-08-2026 İcra başçısının atası Bakıda dava etdi

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
21-03-2024, 19:05

Cənubi Qafqazda qarşıdurma ocağı yaradılır - Ermənistan alət rolunda

Cənubi Qafqazda qarşıdurma ocağı yaradılır - Ermənistan alət rolunda


Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Bu ala-yarımçıq ölkənin təhlükəsizliyi ilə bağlı NATO, Avropa İttifaqı və ABŞ pakt imzalamağı planlaşdırır.

Məlumatlara əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın apreldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun Baş katibi Yens Stoltenberqlə bu istiqamətdə görüşü keçiriləcək.

Qərbin Ermənistan vasitəsi ilə həyata keçirmək istədiyi "təhlükəsizlik planı" əslində, Cənubi Qafqazda təhlükəsizliyi yeni təhdid mənbəyinə çevirir. Çünki bu ölkədə Qərbin israrlı dəstəyi ilə hakimiyyətə gətirilən N.Paşinyan və komandası bölgənin maraqlarından daha çox xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir.

Qərbin həyata keçirmək istədiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsindən daha çox Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına yeni mane yaradır. Yaranacaq belə şərait isə Azərbaycanın mövqeyinə ziddir. Bu, iki ölkə arasında sülh prosesinin əngəllənməsi, məsələni birtərəfli qaydada həll etməyə cəhddir. Belə bir plan isə Azərbaycanın maraqlarına cavab verməməklə yanaşı, həm də onun mənafeyinə qarşı atılan addım olacaq.

Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhədyanı bölgədə yerləşdirilən Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə dair sazişi ratifikasya edib. "Mülki missiya" sayılan bu qurum İttifaqın regiona yeritdiyi ilk hərbi qrupdur. Onların bölgəyə gəlməsini rəsmi Bakı qəbul etməyib. Başqa sözlə, bu layihəni Avropa İttifaqı rəsmi İrəvanın "istəyi" ilə reallaşdırıb. Bu dəfə isə "Ermənistanın təhlükəsizliyi" adı altında Qərb daha geniş hərbi missiyasını Cənubi Qafqazda yerləşdirməyə cəhd edəcək.

Bu addım isə yenicə sakitləşən, sabitliyə, sülhə və əməkdaşlığa doğru addımlar atan bölgədə yenidən silahlı qarşıdurma ocağının yaranmasına səbəb ola bilər.

Çünki Ermənistan ala-yarımçıq bir ölkədir. O, qonşu dövlətlərlə münasibətini həll etməyib. Ərazisində Rusiyanın hərbi bazası mövcuddur. İran və Türkiyə ilə dövlət sərhədlərinə özü nəzarət etmir, iqtisadiyyatı da Rusiyadan asılı vəziyyətdədir. Qərblə münasibəti heç də yaxşı olmayan İranla münasibətləri genişləndirir. Konstitusiyasında isə qonşu dövlətlərə qarşı iddiaları hələ də qalmaqdadır.

Onu regionun "demokratik dövləti" kimi beynəlxalq ictimaiyyətə sırıyıb, üzərində regionda sabitliyi pozacaq sınağı reallaşdırmaq "Ermənistanın təhlükəsizliyinin" müdafiəsinə yaxşı heç nə vəd etmir.

Oxşar oyun Gürcüstanın, ondan 4 il sonra Ukraynanın başına açıldı. Hələ tam formalaşmayan, Rusiyaya qarşı müqavimət göstərmək gücündə olmayan Gürcüstan ərazi bütövlüyünü təmin etmək üçün əməliyyata başladı. O zaman Gürcüstanı demokrat cəmiyyət, NATO standartına uyğun hərbi qüvvə sayırdılar. Hətta NATO və ABŞ bu ölkə ilə hərbi təlimlər də keçirirdi. İndiki vəziyyət son olmasa da nəticə məlumdur.

Təxminən 40 il əvvəl, 1994-cü il dekabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə Ukraynanın Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik zəmanətləri haqqında memorandum Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Bu sənədi imzalayan dövlətlər Ukraynanın ərazi bütövlüyünə təminat verib. Ancaq sonra nə baş verdi? Həmin sənədin imzalanmasının 20-ci ilində Rusiya Krımı ilhaq etdi. 2022-ci ilin fevralında isə Rusiya bu ölkə ərazisində "xüsusi hərbi əməliyyat" keçirməyə başladı. İndi isə ilhaq etdiyi ərazilərdə "sanitar zona" yaratmağa hazırlaşır.

Bu baxımdan Ukraynada baş verənlər də eyni ssenari ilə başlayıb. Dövlət, xüsusən ordu quruculuğu başa çatmayan ölkə Rusiya ilə müharibəyə təkbaşına qoşuldu və davam etdirir.

Rəsmi Moskva Ermənistanın atdığı və atacağı addımlarla bağlı hələ öz planını açıqlamayıb. Federasiya rəsmiləri ancaq İrəvana təhlükəsizlik məsələləri ilə bağlı xəbərdarlıqlar edir, məsuliyyəti isə Ermənistanın daşıdığını vurğulayırlar.

Cənub və şərqə doğru sərhədlərində baş verənlər Rusiyanın da tezliklə cavab verəcəyi ehtimalını günü-gündən artırır.

İranın da baş verənləri sakitcə müşahidə edəcəyi gözlənilmir. Bu yaxınlarda İran Prezidenti İbrahim Rəisinin Tehranda Ermənistan baş nazirinin müavini Mher Qriqoryana xəbərdarlığını xatırlatmaq yerinə düşər: "İran regionda xarici qüvvələrin mövcudluğuna dözməyəcək". O xarici qüvvələrin bölgədə mövcudluğuna qarşı olduqlarını qeyd edib.

Bu baxımdan İranla Qərb Yaxın Şərqdəki qarşıdurmanı Cənubi Qafqaza da keçirə bilər. Çünki İran Ermənistanda xarici qüvvələr, xüsusilə ABŞ, NATO hərbçilərinin mövcudluğunu özünə təhlükə mənbəyi sayacaq. Rəsmi olmayan mənbələr artıq İranın xüsusi xidmət orqanları əməkdaşlarının ayrı-ayrı adlar altında Ermənistana keçməyə başladıqlarını bildirirlər. Odur ki, bu ölkə ərazisində nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkündür.

Qərb Cənubi Qafqazda rəqiblərinə qarşı yeni oyuna başlamaq istəyir. Yaxın Şərq, Ukrayna, Suriya, İraq və Əfqanıstanda olduğu kimi, bu regionda da Rusiya ilə İranın başını silahlı münaqişəyə qatmağa hazırlaşır. Onsuz da bütün bu münaqişə ocaqları onların ərazisindən minlərlə kilometr uzaqdadır. Həmişə Rusiya və SSRİ-nin buyruq qulu olan Ermənistan bu dəfə Qərbin planının xidmətindədir. Atalar yaxşı deyib: "Qananın da quluyam, qanmazın da, dad yarımçıq əlindən". Rəsmi İrəvan yarımçıq halda Cənubi Qafqazda qarşıdurmanın yaranması üçün alətə çevrilir.

REPORT

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az