• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 08-06-2026 TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • 08-06-2026 İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
  • 08-06-2026 Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
  • 08-06-2026 Van Persi qovuldu
  • 08-06-2026 Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
  • 08-06-2026 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 08-06-2026 Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • 08-06-2026 "Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
  • 08-06-2026 İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

XƏBƏRLƏR

    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
15-03-2024, 06:37

Dərk edənlər və etməyənlər üçün RAMAZAN

Dərk edənlər və etməyənlər üçün RAMAZAN


Nəhayət ki, müsəlmanlar üçün bağışlanma və oddan xilas olma, şeytan və şeytanxislətli insanlar üçün işgəncə, münafiqlər üçün isə ağır sınaq ayı - on bir ayın sultanı Ramazan gəldi. Keçən Ramazan ayından bura qədər etdiyimiz bütün günahlar üçün bir daha bağışlanma şansını bizlərə nəsib eyləyən Allaha həmd olsun.

"Namaz qılmayanın orucu qəbul olurmu?"
və ya yenə də eyni suallar

Ramazan ayının gəlişi ilə İslamın beş əsas şərtindən üçüncüsü - oruc yenə gündəmə gəldi. Və çox təəəssüf ki, yenə də üstünə qondarılmış uydurma və təhrifləriylə bir yerdə. Çox təəssüflə qeyd etməliyik ki, artıq iyirmi birinci əsrdə, elmə və texnika zəmanəsində yaşamağımıza baxmayaraq hələ də köhnə təsəvvürlərdən, uydurma xurafatlardan və dinin əsasında olmayıb təfərrüatlarda gizlənən xırdalıqlarla məşğul olmaqdan canımızı qurtara bilməmişik. Əgər bilsəydik, bu dəfə də həddindən artıq məntiqsiz səslənən və illərdir məzmununda heç bir dəyişikliyə uğramamış suallarla rastlaşmazdıq. "Namaz qılmayanın orucu qəbul olunurmu?", "Örtünməyən qadın oruc tuta bilərmi?", "Tüstü və ya qoxu orucu pozurmu?" və s. suallar bu Ramazanda da qarşımıza çıxmazdı. Əlbəttə ki, soruşmaq və öyrənmək ayıb deyil, əksinə müsbət haldır, amma etiraf edək ki, sual verib nəsə öyrənmək üçün ən azından sualı düzgün qurmalıyıq. Bunu birdəfəlik dərk etməliyik ki, hansısa bir səbəbdən bir ibadəti yerinə yetirməməyimiz bizə başqa bir ibadətdən də vaz keçməyimiz üçün bəhanə ola bilməz. Ümumiyyətlə, İslamda "ibadətlər paketi" deyə bir şey yoxdur ki, ya hamısını et, ya da heç birini.

Ramazan ayı və oruc
Oruc ayı olan Ramazan, bərəkətli bir həyatın yaşandığı mübarək bir mükafat ayıdır. Əldə etdiyimiz saysız-hesabsız nemətlərin xatırlandığı bu ayın ən birinci ibadəti, bütün ümmətlərə fərz qılınmış oruc ibadətidir. Necə ki, orucu əmr edən ayə də bu sözlərlə başlayır: "Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi" (Bəqərə 183). Ruhun qidası olan oruc, tibbi cəhətdən də çox önəmlidir və müasir tibb mütəxəssisləri də orucun insan bədəninə gətirdiyi mənfəətin danılmaz fakt olduğunu ortaya qoymuşlar. Hz. Peyğəmbər də bir hədisində orucun bu yönünə işıq tutaraq "Oruc tutunuz ki, sağlam olasınız" deyə buyurmuşdur. Amma onu yaddan çıxarmamalıyıq ki, biz orucu əldə edəcəyimiz hansısa mənfəətə və ya gəlirə görə deyil, sadəcə Allah rizası üçün tutmalıyıq. Oruc bir ibadət olduğundan, sırf o qayə üçün icra olunmalıdır. Onun faydaları qayə halına gətirilərsə, oruc ibadət olmaqdan çıxar. Yəni orucu, mədəmizi dincəltmək, arıqlamaq və s. üçün deyil, sırf Allah əmr etdiyi üçün tutmalıyıq.

Orucun necə tutulması barədə, onsuz da çox danışıldığı üçün biz burada əsasən haqqında az danışılan, lakin əhəmiyyət kəsb edən bəzi məsələlərə diqqəti çəkmək istəyirik.
Əvvəla, onu qeyd etməliyik ki, oruc özümüzü qida və cinsi əlaqədən məhrum etməklə bitmir. Necə ki, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: "Elə oruc tutanlar var ki, özlərinə bu orucdan quru bir aclıqdan başqa heç nə qalmaz. Gecələri elə namaz qılanlar olur ki, namazlarından özlərinə qalan yalnız yuxusuzluqdur" (Təbərani). Görəsən Hz. Peyğəmbər bu hədisində nə demək istəyir və hədisdəki insanlardan olmamaq üçün nə etmək lazımdır? İslam alimləri ittifaqla bildirməşlirdir ki, bunun üçün oruc tutan şəxs təkcə ağzından içəri keçənə yox, həm də ağzından çıxana nəzarət etməlidir. Məsələn, böyük günahlardan olan qeybət və yalan orucu pozmasa da, onun savabını silib aparır və insana hədisdə də göstərildiyi kimi, quru aclıq qalır. Oruclu insan bundan başqa haram işlər görməməli,, haram yerə getməməli, haram şeyə baxmamalı, haram sözə qulaq asmamalıdır. Oruclu insanın qəlbi və dili həmahəng olaraq daima Allahı zikr etməlidir ki, Ramazan ayının zövqünü dadaraq bərəkətinə nail olsun. Məhz belə bir oruc insanın günahlarını yuyaraq yenidən doğulmuş kimi məsum edər. Bunun üzərinə axirətdəki mükafatı da əlavə etsək, bu ayın müsəlmanlar üçün necə böyük bir səadət ayı olduğunu dərk etmiş olarıq. Belə ki, Hz. Peyğəmbər də bir hədisində belə buyurmuşdur: "Oruc tutan üçün iki sevinc vardır. Bir iftar etdiyi zaman sevinir, bir də Rəbbinə qovuşanda tutduğu oruc səbəbilə nail olduğu yüksək dərəcə üçün sevinir" (Buxari). Başqa bir qüdsi hədisdə isə Allah Təala belə buyurur: "Adəm oğlunun hər əməl və hərəkəti özü üçündür. Yalnız oruc belə deyil. O, mənim üçündür və onun mükafatını da mən bol verəcəyəm".

Bu ayda diqqət etməli olduğumuz digər xüsuslar
Ramazan ayında oruc və təravih namazından başqa, Hz. Peyğəmbərin tövsiyələrində yer alan və əməl etməli olduğumuz başqa xüsuslar da vardır. Bu əməllərin içərisində çox sayda kəlimeyi şəhadət gətirmək, istiğfar və zikr etmək, cənnətə nail ola bilmək üçün çox sayda xeyirli əməl işləmək, cəhənnəmdən qurtulmaq üçün haram və məkruhlardan qorunmaq, imkan daxilində çoxlu yaxşılıqlar etmək, başqalarının duasını almaq və digər ibadətlər qeyd oluna bilər. Bundan başqa bu mübarək ayda gündəlik namazlardan əlavə təravih və təhəccüd namazlarına diqqət etməli, Qurani-Kərimi diqqətlə oxumalı, zikrlə ruhumuzu paklaşdırmalı, zəkat və sədəqələr ilə də vicdan rahatlığı əldə etməliyik. Qurani-Kərim Ramazan ayında dünya səmasına endiyi üçün bu gözəl ayda Quranla tərbiyələnməli, onu həyatımıza əks etdirərək oxumalıyıq. Çünki Ramazan, oruc və Quran arasında möhkəm ədaqə vardır. Bu barədə Hz. Peyğəmbər "Orucla Quran Qiyamət günü qula şəfaət edəcəkdir" buyurmuşdur.

Əziz müsəlmanlar! Gəlin bu dəfə Ramazan ayını dərk edərək yaşayaq. Heç olmasa bircə ay dünya ləzzətindən əl çəkərək axirətimiz üçün çalışaq. "Bu il alınmadı, gələn Ramazanda edərəm" deməyək. Çünki bilmək olmaz, bu Ramazan həyatımızdakı son Ramazan ola bilər. Gəlin vaxtı dəyərləndirək. Məşhur bir hədisdə "Əgər insanlar Ramazanın nə olduğunu layiqincə bilsəydi, bütün ilin Ramazan olmasını istəyərlərdi" buyurulur.

Ramazanımız mübarək olsun! Bütün müsəlmanların Ramazan ayını təbrik edir, Allahdan bu ayın müsəlmanların dirçəlməsi üçün vəsilə etməsini diləyirəm.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az