• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 08-06-2026 Baş prokurorun növbəti vətəndaş qəbulu keçiriləcək
  • 08-06-2026 Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR
  • 08-06-2026 Riskli əməliyyatdan sonra Afaq Bəşirqızından sevindirici xəbər
  • 08-06-2026 Azərbaycanda nəqliyyat pulsuz ola bilər?
  • 08-06-2026 TƏCİLİ: İsraildən İrana daha bir AĞIR ZƏRBƏ: Bu obyektlər VURULDU
  • 08-06-2026 İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
  • 08-06-2026 Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
  • 08-06-2026 Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
  • 08-06-2026 Van Persi qovuldu
  • 08-06-2026 Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
  • 08-06-2026 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
  • 08-06-2026 Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • 08-06-2026 "Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
  • 08-06-2026 İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər

XƏBƏRLƏR

    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
11-02-2024, 11:26

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var

Peraşkinin ətrinə aldanmayın: Real təhlükə var


Bakıda yol kənarlarında, köşklərin yanında, insanların sıx olduğu küçələrdə peraşki satılan yerləri tez-tez görürük. Nəinki yerlər, şəhərin küçələrində bu yağlı qidanı plastik qablarda satanlara da rast gəlmək olur. Peraşki bir çox insanların ayaqüstü yediyi ucuz və doyumlu qida növüdür. Satılma şəraitinə baxmayaraq, bəh-bəhlə tərifləyənlər, dadından doymayanlar az deyil.

Bəs küçələrdə, toz-torpaqlı yerlərdə satılan peraşkilərin insan sağlamlığı üçün hansı riskləri var? Ümumiyyətlə, ziyanlıdırmı? Ən əsası, onlara nəzarət varmı?

"Kaspi" qəzetinin növbəti məqaləsi sözügedən problemə həsr olunub.

Peraşkilər boyat məhsullardan hazırlanır

Adının açıqlanmasını istəməyən aşpaz deyir ki, əksər yerlərdə peraşkilər boyat, köhnə məhsullardan hazırlanır: "Məsələn, əgər kartof peraşkisi bişirilirsə, hər gün yeni kartof qaynadılmır, kartoflar əvvəlcədən soyulur, qaynadılır, soyuduculara yığılır. Alver kütləvi olmadığı üçün həmin kartoflar günlərlə soyuducuda qalır. Peraşkinin xəmiri də eyni qaydada hazırlanır, boyat olur. Eyni yağdan dəfələrlə istifadə edilməsi isə, hər kəsə məlumdur".

Malın baş ətini çəkir, qiymə hazırlayırlar

Aşpaz deyir ki, ət peraşkisi kartofdan təhlükəlidir: "Qoca mal əti ucuz olur. Bununla yanaşı, adətən satılmayan ətlər dəyərindən ucuz verilir. Ən çox alınan isə, malın baş əti olur. Malın baş ətini çəkir, qiymə hazırlayırlar. Məsələn, ətin qiyməti 10 manatdırsa, keyfiyyətsiz, satılmayan əti beş manata verirlər. Müəyyən yerlər var ki, qalmış ciyərlər satılır, onu alıb sirkəyə yatızdırır və istifadə edirlər. Ona görə də yol qırağında satılan peraşkilər keyfiyyətsiz və zərərli olur. Peraşkinin ətri elədir ki, hər kəsi özünə cəlb edir. Amma yedikdən sonra çox insan mədəsində o ağırlığı hiss edir. Barmaqla sayılacaq qədər az yerlər var ki, keyfiyyətli peraşki bişirirlər. Ona görə də insanlara peraşki alarkən satılan məkana, təmizliyinə baxıb almalarını məsləhət görürəm".

Hansı qidalar təhlükəlidir?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, yol kənarlarında, açıq havada satılan əksər qidaların bişirilməsində keyfiyyətli məhsullardan istifadə olunmur: "Belə qidalar insan sağlamlığı üçün yararsız olan və ciddi fəsadlar törədən yağlarla bişirilir. Bu təhlükə daha çox peraşki, blinçik, ponçik kimi qızartma məhsullarda var. Çünki bu məhsullar qızardılarkən istifadə olunan yağlar atılmır, təkrar istifadə olunur. Hətta bişirilən qablar təmizlənmədən növbəti günün məhsulları da o qabda hazırlanır. Tərkibi pozulan yağ və təmizlənməyən qabda bişən qidalar insanlar tərəfindən bəh-bəhlə tükədilir".
Ətraflı

Mütəxəssis deyir ki, belə məhsulların açıq havada, açıq şəkildə satılması ikinci problemdir: "Çünki açıq satılan məhsullar külək vasitəsilə fiziki çirklənməyə məruz qalırlar. Ona görə də bu kimi qidaların qəbulu çox təhlükəlidir".

Ətri ilə insanları cəlb edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, peraşkilər açıq havada əvvəlki kimi, kütləvi şəkildə satılmır: "Əsasən, avtobus dayanacaqlarında tez-tez satılırdı. Ən çox da avtobus sürücülərinin sevimli qidası idi. Peraşki elə bir qida növüdür ki, ətri ilə insanları cəlb edir. Uzun müddət idi ki, peraşki biznesi ölkədə məşhur idi. Amma getdikcə, sayı azalır. Bu, çox yaxşı haldır. Hazırda şəhər mərkəzindən kənarda, rayonlarda peraşkilər yol kənarında satılır".

Tester kağızlardan istifadə olunmalıdır

Birlik sədri də vurğulayır ki, yol qırağında satılan peraşkilər insanların sağlamlığı üçün kifayət qədər zərərlidir: "Bu peraşkilər eyni yağın içində dəfələrlə qızardıldığı üçün, o yağların tərkibi dəyişir və trans yağlara çevrilir. Bu yağlar da insanda xərçəng, mədə-bağırsaq, ürək-damar xəstəliklərini yaradır və inkişaf etdirir. Bu bizneslə məşğul olanlar yağın tərkibini müəyyən etmək üçün xüsusi tester kağzılarından istifadə etməlidirlər. Əgər yağın tərkibi dəyişibsə, həmin tester kağızlarını yağa batırdıqda rəngini dəyişir. Bu zaman o yağdan istifadə etmək olmaz. Amma Azərbaycanda hansı peraşki satılan yerlərdə bu kağızlardan istifadə olunur? Bu qidanı bişirib əhaliyə satmaq, əlbəttə ki, insanların sağlamlığında ciddi izlər qoyur".

Nəzarət də aşağı səviyyədədir

Həmsöhbətimiz iddia edir ki, yol qırağında satılan peraşkilərə nəzarət də aşağı səviyyədədir: "Bu bizneslə məşğul olanlar Azərbaycan hökumətinin biznes qurmaq üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər. İnsanlar tədricən zəhərlənir, xəstəliklərə yoluxurlar. İnsanlara səslənirəm ki, əgər canlarının qədrini bilirlərsə, belə yerlərdən mal alıb istehlak etməsinlər".

ÜST bu məhsulların ləğv olunmasını tövsiyə edir

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il yarım milyon insanın vaxtından əvvəl ölümünə səbəb olan toksik süni kimyəvi maddələr - trans yağlardan hazırlanmış qablaşdırılmış yeməklər, çörək məhsulları və kulinariya yağları kimi tez-tez rast gəlinən məhsulların tamamilə ləğvinə çağırıb. ÜST-dən bildirilib ki, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən doqquzunda profilaktika siyasəti düzgün həyata keçirilmir. Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az