• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
30-01-2024, 09:16

The Economist: Yürgen Klopp və enerjinin vacibliyi

The Economist: Yürgen Klopp və enerjinin vacibliyi


Böyük Britaniyanın "The Economist" jurnalı "Liverpul"un baş məşqçisi Yürgen Kloppun ruhən tükənməsi səbəbindən istefası fonunda iş dünyasında enerjililiyin önəmini bir daha gündəmə gətirərək uğurların açarının qabiliyyət və ambisiyadan ziyadə məhz enerjidə olduğunu xatırladıb.

Nyus.Az report.az-a istinadən xəbər verir ki, bu barədə məqalə dərginin biznes yazıları köşəsi olan "Bartlbi"də dərc olunub.

Yürgen Kloppu futbol meneceri olduğuna toxunan müəllif beləliklə "onun korporativ rəhbərlərə işlərini necə icra etməli olduqları barədə öyrədə biləcəklərinin bir sərhədi olduğunu" vurğulayır:

"Şirkətlərdəki menecerlər adətən tabeliyindəkilərin valideynlərini əvəzləmir, uğurlu müşavirədən sonra insanları ağuşuna almır və rəqiblərinə qarşı gegenpressinq texnikasından istifadə etmir. Lakin cənab Kloppun, demək olar, hər addımında uğurun vacib ünsürü olan enerjisi sona çatır".

Məqalədə qeyd olunub ki, yanvarın 26-da Kloppun "Liverpul" futbol klubunun meneceri vəzifəsini bu ilin sonunda tərk edəcəyini açıqlaması hamı üçün sürpriz olub:

"Onun komandası dünyanın ən populyar idman növündə, ən çox rəğbət görən İngiltərə Premyer Liqasında zirvədədir. İşi sığortalıdır (onun müqaviləsinin müddəti 2026-cı ildə bitir) və bu işin hələ də onun xoşuna gəldiyini deyir. Lakin idarəçilik də daxil olmaqla vəzifədəki səkkiz ildən sonra onun enerjisi tükənir. O, imkanlarının məhdud olduğunu deyib: "Mən bunu üç təkərdə edə bilmərəm (işi yarım-yamalaq görmək - red.), sərnişin olmaq istəmirəm".

Yazıda bildirilib ki, Klopp belə qərar qəbul etmiş ilk vəzifəli şəxs deyil:

"Casinda Ardern 2023-cü ilin yanvarında Yeni Zelandiyanın baş naziri vəzifəsindən istefa verib və artıq bu işi görmək üçün yetərli resursa malik olmadığını söyləyib. Ceff Kindler 2010-cu ildə dərman istehsalçısı olan "Pfizer"in rəhbəri olmaqdan imtina etdiyini, şirkətdəki rolunun daha çox məsuliyyət tələb etdiyi və bu səbəbdən enerji yığmağa ehtiyacı oldunu bildirib. Ancaq bir təşkilata rəhbərlik edən şəxsdə etirazın bu forması nadir görülən haldır. Çünki enerji rəhbəri tabeliyindəkindən fərqləndirən əsas amillərdən biridir. Bacarıq, ambisiya və uğur yağlı dirəyə dırmaşmaqda böyük rol oynayır. Enerjinin rolu isə nəhəngdir. Uğurlu insanlar e-poçta baxmağı və idman etməyi hələ gün çıxanadək çatdırır. Onlar səhər yeməyini ertələmir, çünki bir az yorğunluq hiss edə bilərlər; təbii ki, bunu etiraf etmirlər. Onların günorta yatma ehtimalı azdır. Onlar qırmızı gözdən qurtulur və adi iş günü işləyirlər".

"Və bu sadəcə yüksəliş yoludur. Baş direktor vəzifəsinə keçmiş insanlarla danışın, onlar tez-tez işin nə qədər gərgin olduğunu, sönməyin nə qədər çətin olduğunu söyləyəcəklər. Əksər təşkilatlar piramida kimidirlər. Qərarlar sərtləşdikcə və daha vacib olduqca, onlar getdikcə daha az sayda fərdlərin üzərinə düşür", - müəllif vurğulayıb.

Köşə yazarının fikrincə, "müdir mütəmadi olaraq işçilərə üzünü göstərməlidir və bu, iki həftə yuxusuz qalmış kimi görünənin sifəti ola bilməz".

"Onlar idarə heyətini sevindirməli, investorlarla görüşməli, sonsuz netvörkinq tədbirlərində iştirak etməli və real işə vaxt ayırmalıdırlar. Bunu etmək bir yana, barəsində düşünmək belə yorucudur".
Onun sözlərinə görə, "böyük işlərin sırf fiziki tələbləri o deməkdir ki, müəyyən növ insanların digərləri üzərində üstünlüyü var:

"İş vaxtında çoxlu başqa zənglərin olmaması yardımçı olur ki, bu da kişilərdən daha çox ev işi və qayğıları yüklənmiş qadınlar üçün pis xəbərdir".

"Ekstraversiya cazibədarlıq baxımından üstünlük verir. London İqtisadiyyat Məktəbindən Oriana Bandiera və həmmüəllifləri tərəfindən 2017-ci ildə rəhbərlərin vaxtdan istifadəsinə dair keçirilmiş sorğunun nəticələri göstərib ki, müdirlər vaxtlarının 70 %-ni həmkarları, müştəriləri və digərləri ilə ünsiyyətə sərf edirlər. Əgər siz başqa insanlarla vaxt keçirməkdən enerji alan bir insansınızsa, bu, hər zaman cərəyana taxılı telefon olmaq kimi bir şeydir. Əgər introvertsiniz və başqa insanların tükəndiyini görürsünüzsə, batareya gücünüz 1 %-ə yaxın olacaq və sönməyiniz an məsələsidir", - yazıda nəql edilib.

Müəllifə görə, bəzi şanslı insanlar təbiətən daha mətanətlidir, belə ki "onlar üç saatlıq yuxu ilə yetinə bilən və mürgüləmə düyməsinin nə olduğunu bilməyən mitoxondrial rəhbərlərdir":

"Ancaq bioloji lotereyadan qalib ayrılmayıbsınızsa, nəyin diri tutduğunu və nəyin taqətdən saldığını hələ də öyrənə bilərsiniz. Bu, səhər tezdən məşq etmək, günorta mürgüləmək və ya sadəcə təqvimə riayət etmək ola bilər; Ceff Bezos "Amazon"u idarə edərkən sutkada azı səkkiz saat yatmağa can atır və saat 10-dan öncəyə görüş təyin etməməyə çalışırdı. Bu o deməkdir ki, istirahətə daha az önəm verməkdənsə, onu prioritetə çevirmək lazımdır. Rasmus Huqard və Jaklin Karter "Liderin zəkası" kitabında yüksək səviyyəli menecerlərin qeyri-peşəkarlara nisbətən daha çox yatdığını təsbit ediblər".

"Enerji ehtiyatlarının tükəndiyini etiraf edərək cənab Klopp liderlik rollarının necə cəzalandırıcı ola biləcəyinə dair qeyri-adi bir xatırlatma edib. Onun "Liverpul"la vidalaşmaq qərarı başqa bir böyük futbol meneceri ser Aleks Ferqüsonun aforizmini xatırladır. "Zəhmətkeşlik istedaddır", - ser Aleks deməyi sevərdi. Lakin bu həm də sadəcə çətindir", - deyə yazar yekunlaşdırıb.

Xatırladaq ki, daha öncə "The Economist" "sağlam düşüncə heç də göründüyü qədər sağlam olmadığına" dair məqalə dərc edib.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az