• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
23-01-2024, 06:34

"Bu qədər təsadüf ola bilməz” - Rəşad Sadıqov

"Bu qədər təsadüf ola bilməz” - Rəşad Sadıqov


"Oyunda çoxsaylı mübarizə var idi. Matça fəal başlayan tərəf biz idik. Yaxşı da qol fürsətləri yaxaladıq".

Nyus.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 19-cu turunda "Səbail"lə 0:0 hesabı ilə heç oyundan sonra deyib.

O qeyd edib ki, mübarizə əzminə görə hər iki tərəfə alqış düşür: "İlk 30-35 dəqiqə üstünlük bizim tərəfimizdə idi. Sonradan oyun bərabərləşdi. Daha çox mübarizə mərkəzdə gedirdi. O dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Süni ot örtüyü, eləcə də şiddətli külək matçın gedişinə təsir göstərirdi. Bu məqamlar keyfiyyətli oyuna mane olurdu. Lakin hər iki tərəf istəkli idi və meydanda tam gücləri ilə mübarizə aparırdılar. Buna görə də hər iki komandaya alqış düşür".

Sadıqov futbolçularından razılığını ifadə edib: "Qələbə qazanmaq üçün həm "Zirə", həm də "Səbail" çox çalışdı. Amma yekunda qazancımız 1 xal oldu. Dediyim kimi, matçın əvvəlində qol şanslarımız var idi. Cərimə zərbəsindən sonra top tirdən döndü. Ümumi götürdükdə futbolçularımın çıxışından razı qaldım. Çox istəkli idilər. İlk matç olmasına baxmayaraq, qələbə üçün əllərindən gələni etdilər".

"Zirə"nin çalışdırıcısı yeni transfer Rafael Utziqin rəsmi debütunu belə dəyərləndirib: "Onun çıxışını müsbət qiymətləndirirəm. Bu gün özünü yaxşı tərəfdən göstərdi. Eyni sözləri Ceyhun Nuriyev barədə də deyə bilərəm. Hər iki yeni transferimiz bu gün özlərini yaxşı tərəfdən göstərdilər. Lakin hər ikisini bir qədər də zamana ehtiyacları var".

Sadıqov bildirib ki, Utziqə məcburiyyətdən start heyətində yer verib: "Əslində, bu gün Utziqin start heyətində yer almasını istəməzdim. Amma seçimimiz olmadığı üçün məcburiyyətdən ona şans verdik. Sona yaxın meydanda qalması riskli idi. Çox istəkli idi, mübarizə aparırdı. Tam hazır olmadığı üçün zədə ala bilərdi. Ona görə daha sonra Rüstəm Əhmədzadəyə şans verdik. Rüstəm də son günlər xəstə idi. Oyundan öncə cəmi 2-3 məşqdə iştirak etmişdi. Onsuz da hücum xəttində futbolçu qıtlığımız var idi. Bu gün o da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə birgə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. Nəzərə alsaq ki, qarşıda bizi çox sıx qrafik gözləyir. Belədə hər bir futbolçuya ehtiyac var".

Rəşad Sadıqov komandasının lehinə verilməyən penalti epizoduna belə münasibət bildirib: "VAR-da əyləşən təcrübəli hakim İnqilab Məmmədov referini epizoda baxmaq üçün çağırdı. Amma hakim orda başqa qərar verdi. Çox qəribə bir qərar qəbul etdi. VAR-dan çağırıblar, açıq-aşkar ayağa zərbə vurulduğu görsənir. Avtomatik həm də ikinci sarı vərəqədir. Bilmirəm... Nə qədər bu barədə danışsaq da... "Zirə"nin oyunlarındakı bu qərarlar artıq dördüncü ildir davam edir. Keçən il bir az azalmışdı. Eləcə də cari mövsümün əvvəlində də. Baxırsan ki, istər bu oyun olsun, istər "Qarabağ"la matçda 2 qırmızı vərəqə epizodu, yaxud əvvəlki turlarda baş verən hadisələr - bu qədər təsadüf ola bilməz".

Nyus.Az




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az