• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-11-2026 Kəlbəcərdə çalışdılar, zəhmətlərinin qarşılığını ala bilmədilər – 22 usta və fəhlənin 59 300 manatlıq əməkhaqqı iddiası - VİDEO
  • 27-11-2026 Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
  • 27-11-2026 Firuzə Cəlilovanın evində nə baş verib? - DiN-dən açıqlama
  • 27-11-2026 “Dünya TV” cərimələndi
  • 27-11-2026 Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
  • 27-11-2026 Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
  • 27-11-2026 Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
  • 27-11-2026 Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb
  • 27-11-2026 TikTok insan beynini öldürür - Tokayev
  • 26-11-2026 Elmira Şabanova dəfn edildi - (Yenilənib)
  • 26-11-2026 “Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb - İLGİNC FAKTLAR
  • 26-11-2026 Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • 26-11-2026 Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU
  • 26-11-2026 Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
  • 26-11-2026 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
  • 26-11-2026 Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
  • 26-11-2026 Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
  • 26-11-2026 Bu gün Qəbələdə qaz olmayacaq - XƏBƏRDARLIQ
  • 26-11-2026 Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
  • 26-11-2026 Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama

XƏBƏRLƏR

    Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
    Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
    Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
    Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
10-12-2023, 11:11

Kino əfsanəsindən UĞUR və ŞÖHRƏTİN açarı

Kino əfsanəsindən UĞUR və ŞÖHRƏTİN açarı


Meril Strip dünyada milyonlarla pərəstişkarının qəlbini fəth edən əfsanəvi aktrisadır. Sevilən aktrisa 21 dəfə "Oskar", 31 dəfə "Qızıl Qlobus"a, 15 dəfə Britaniya Kino Akademiyasının və 17 dəfə ABŞ-ın kino aktyorlarının Gildiyası mükafatına namizəd olub.

40 ildən çoxdur evli olan kinoulduzu hesab edir ki, ailə həyatın təməl daşıdır. Strip həmişə təvazökar qalmasına, xoşbəxt olmasına və istedadını inkişaf etdirməsinə kömək edən müəyyən bir fəlsəfəyə riayət edir. Gəlin aktrisanın uğurunun əsas sirləri ilə daha ətraflı tanış olaq...

Nyus.Az xəbər verir ki, ulduzun bank hesabında 90 milyon dollar var.

Təmannasız yardım

Hər ədası ilə ətrafına özünəinam və güclü qadın enerjisi yayan Strip eyni zamanda kifayət qədər hörmətli və xeyirxah bir qadındır. "Forbes" jurnalı 2012 -ci ildə aktrisanın vergi bəyannamələrini yoxlayarkən müəyyən edib ki, aktrisa ilə əri "Silver Mountain" kiçik bir xeyriyyə fondunu qurub.

Fond qadın sahibkarlığını dəstəkləməkdən teatr proqramlarının maliyyələşdirilməsinə qədər müxtəlif məqsədlərə xidmət edir və müntəzəm olaraq ehtiyacı olanlara milyonlarla dollar bağışlayır. Və qəbul edək ki, bunun qarşılığında heç nə gözləmək insanın şəxsiyyəti haqqında çox şey söyləyir. Maddi vəziyyətinizə baxmayaraq, başqalarına yardım etmək həm stressinizi azaldır, həm də daha xoşbəxt və daha yaradıcı olursunuz.

Ev işlərini hələ də özü edir

Əslində Meril Stripin evdarlıqda nə qədər mahir olduğunun heç bir təsdiq və ya sübutu yoxdur. Ancaq ən populyar sitatlarından biri onun çoxşaxəli insan olduğunu tam ifadə edir: "Mümkün qədər normal həyat sürməyə çalışıram. Öz əşyalarınızı ütüləmək nüfuzunuza xələl gətirməz".

Bu münasibət ona işarə edir ki, uğuru özünüz əldə etməlisiniz və gözləməyin ki, sizə kimsə gümüş sinidə sehirli çubuq təqdim edəcək.

Alimlərinin araşdırmalarının nəticələrinə görə, tökdüklərini yığışdıran, yatağını düzəldən uşaqlar gələcəkdə valideynləri tərəfindən daim qayğı görən uşaqlardan daha çox şey əldə edə bilərlər. Görünür, aktrisa 75 il davam edən Harvard araşdırmasının nəticələrini nəzərə alaraq bütün uşaqlarını eyni ruhda böyüdüb. Gəlir səviyyəsini nəzərə alsaq, Strip özünü gündəlik narahatlıqlardan xilas edə bilərdi, ancaq sadə həyat sürməyə üstünlük verir və haradan başladığını heç vaxt unutmur.

Görünüşə deyil, özünüinkişafa diqqət yetirir

Kinodiva müsahibələrinin birində dilə gətirib ki, gənclik illərində özünü heç bəyənmirmiş, amma aktrisalıq ruhu onu bir an belə tərk etməyib. Bu, onu görünüşünə deyil, istedadını inkişaf etdirməyə yönəltdi və dünyada nəyə nail olmaq istədiyini anlamağa kömək etdi. Stripin sözlərinə görə, istədiyi işlə məşğul olmaqda həmişə azad olub və qırmızı xalçanın ən cazibədar qadını olmaq kimi arzuların içində boğulmayıb.

Mükafatlandırma mərasimlərindən birində aktrisanın çıxışı: "İstərdim ki, gənc qızlar çəkilərindən çox narahat olmasınlar. Bu gün qızlar zahiri görkəmlərinə daha çox vaxt ayırırlar, amma dünyada daha gözəl şeylər var. Eyni şey kişilər və qadınlar üçün də keçərlidir - sizi qəribə və ya fərqli edən xüsusiyyətlər güclü nöqtənizdir. Hər kəs hamı kimi görünməyə çalışır, amma dünya yalnız hansısa keyfiyyəti ilə fərqlənən insanları görür. Məsələn, əvvəllər burnuma nifrət edirdim, amma indi yox".

Psixoloqlar da aktrisanın fikrini dəstəkləyir və bildirir ki, özünü qəbullannmaq əsas xoşbəxtliyin açarıdır.

Mehriban və dostcanlı ailə

Meril Strip hesab edir ki, iş yerini dəyişməsi uşaqları ilə daha çox vaxt keçirməsinə imkan verib. Onun sözlərinə görə, bütün ömrü boyu bir işə bağlı olsaydı, yəqin ki, bütün bunların öhdəsindən gələ bilməzdi. Rol seçimində də Meril prestij üzərində dayanmır. Əksinə, ailəyə daha yaxın olmaq və çəkilişlərə sərf edilməli olan vaxtı azaltmaq istəyi ilə hərəkət edib. Bu rahatlıq Stripə yaxınları ilə əlaqə saxlamaq imkanlarını genişləndirib.

"Qızlarım, oğlum və ərim bir-birinin işləri haqqında kifayət qədər məlumatlıdır. Hamımız çox yaxınıq və bu, ən vacib şeydir. Həmişə çox işləməyə çalışmışam, eyni zamanda unutmayın ki, ailə ocağını sönməyə qoymamalısınız" , - o, açıqlamasında bildirib.

O həmişə mənzərəyə bütöv baxır

Hamımız zaman-zaman stress və gərginliyin təsirlərinə məruz qalırıq. İnsan doğuşdan etibarən həddindən artıq təzyiq və məsuliyyətə məhkumdur. Bütün bunlar bizi müəyyən bir məqsədə yaxınlaşmağa qoymur. Ancaq bir addım kənara çəkilsəniz, bütöv mənzərəni görə bilərsiniz.

Strip deyir ki, keçmişə dönə bilsəydi, özünə daha böyük düşünməyi tövsiyə edərdi. Detallarda ilişib qaldığı üçün təəssüflənir, bütövlükdə oynadığı rolun əhəmiyyətini anlamaq üçün vaxt ayıra bilərdi: "... Məsələ ondadır ki, ekranda həyat yolları kökündən fərqli olan fərqli insanları oynayırsan ... Müxtəliflik yaxşıdır, mədəniyyəti zənginləşdirir".

Aktrisalıq məsuliyyətini dərk etməsi ona böyük hörmət və sevgi qazandıran bütöv kimliyindən və yetkinliyindən xəbər verir. (publika.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az