
Bu gün paytaxtımızın Biləcəri qəsəbəsində yerləşən " Azsport " idman klubunda ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan 44 günlük müharibədə şəhid olan Nurlan Həsənovun xatirəsinə həsr olunan qol güləşi yarışı ke5çirilib.
Türk Ağsaqqalları Birliyi Gənclər təşkilatının dəstəyi və
" Azsport" idman klubunun layihəsi çərçivəsində təşkil olunan tədbirin aparıcısı TAİB -in Gənclər Təşkilatının sədri Elgün Rüstəmli ilk sözü TAİB -in idarə heyətinin sədr müavini Eyvaz Hümbətova verib.
O çıxışında Azərbaycan prezidentinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb,müzəffər ordumuzun qələbəsindən söhbət açıb, TAİB-təsisçisi Ramin Əhmədovun yarış iştirakçılarına salamını çatdırıb.
Digər çıxış edən natiqlər TAİB-in idarə heyətinin üzvləri Nüsrət Paşayev və Mübariz Süleymanlı müasir Azərbaycan gəncliyinin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsindən bəhs ediblər,klubun rəhbəri Orxan Kazımova və layihənin rəhbəri Talıb Zeynalova ,elə də digər məsul şəxslərə TAİB-idarə heyətiinin sədri akademik Südeyf İmamverdiyev adından təşkilatçılığa görə təşəkkürünü bildiriblər.
Eyvaz Hümbətov,Nüsrət Paşayev və Mübariz Süleymanlı münsiflər heyəti seçildikdən sonra yarışa start verilib.
Klubun baş məşqçisi, hərbçilər və polislər arasında keçirilən yarışların 2 qat çempionu , bürünc medal sahibi, idman ustası Zaur Zeynalovun hakimliyi ilə aparılan yarışda
1-ci yerə Xamməd Xammədov, 2-ci yerə Rəhman Məmmədov və 3-cü yerə isə Ceyhun Nuraliyev layiq görülüblər.
Münsiflər heyəti qaliblərə sertifikatlar və medallar təqdim etdikdən sonra xatirə şəkilləri çəkilib
Teleradiojurnalist ,şair-publisist Mübariz Ağaxan oğlu Süleymanlı


































