• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
10-11-2023, 10:00

Bəzi surələrin əvvəlində gələn tək hərflər – “Müqəttə hərfləri”, nəyi bildirir?

Bəzi surələrin əvvəlində gələn tək hərflər – “Müqəttə hərfləri”, nəyi bildirir?


"MÜQƏTTƏƏ HƏRFLƏRİ" sözünün ərəb dilindən tərcüməsi "kəsik, tək-tək hərflər" deməkdir. Bəzən "təhəcci" (heca) hərfləri də adlandırılır. Qurani-kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı mənanı ifadə etməyən ayrı-ayrı hərflərə deyilir.

Müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən də üç, dörd və beş hərfin kombinasiyası şəklində işlədilib. Məsələn: qaf, ya-sin, əlif-lam-mim, əlif-lam-mim-sad, ha-mim-ayn-sin-qaf.

Müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq rəngarəngdir. Məsələn, nəzəriyyələrin birinə görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara başa salmaq istəyir ki, Quran onların danışdıqları adi hərflərdən təşkil olunub. Amma onlar bu hərflərin vasitəsilə Quranın mislini yaratmağa qadir deyillər.

Bəziləri müqəttəə hərfləri gizli və dərkolunmaz sirr saymış, bunun üçün Imam Əli ibn Əbu Talibin (ə) aşağıdakı hədisini əsas gətirmişlər: "Hər kitabın seçilmiş hissələri var. Bu kitabın (Quranın) da seçilmiş hissəsi təhəcci hərfləridir". Abdullah ibn Məsud isə belə demişdir: "Bu hərflər gizli elm və pərdəli sirdir, Allah bu hərfləri bəyənib". Keçmişdə bəzi tədqiqatçılar müqəttəə hərfləri əbcəd qaydası ilə hesablayıb, bu yolla aldıqları ədədlərin mənasını yozmağa çalışırdılar. Məsələn, yəhudilər "əlif-lam-mim" sözlərini əbcədlə hesablayıb bu qərara gəlmişdilər ki, Islam dininin ömrü cəmi 71 il olacaq. Bu fikir onları çox sevindirmişdi. Amma digər müqəttəə hərflərlə tanış olduqdan sonra onlar səhv etdiklərini anladılar.

Bəzi təfsirçilər müqəttəə hərfləri surələrin adı kimi, bəziləri isə surələri bir-birindən ayıran əlamət kimi dəyərləndiriblər. Bu hərfləri ismi-əzəmin rəmzi sayanlar, Allahın adlarının əlamətləri kimi qəbul edənlər də olub. Son zamanlar Qurani-kərimin riyazi möcüzələrinin açılması istiqamətində aparılmış tədqiqatlar nəticəsində belə bir fərziyyə də irəli sürüldü: Müqəttəə hərflər onu göstərir ki, həmin surədə ən çox işlənən hərflər məhz bunlardır. Məsələn, Bəqərə surəsində (əlif-lam-mimlə başlayır) ən çox əlif hərfi, ondan sonra lam, daha sonra isə mim hərfi işlənib.

Müqəttəə hərfləri Allahın adlarından ibarət cümlələrin baş hərfi kimi mənalandırmaq cəhdləri də olub. Məsələn, "əlif-lam-mim" hərflərini "Əna Allahü ələm" (Mən ən elmli Allaham) ifadəsinin rəmzi kimi izah edirlər. Bu zaman "əna" sözünün ilk hərfi, "Allah" sözünün orta hərfi, "ələm" sözünün isə son hərfi götürülür.

Tədqiqatçıların bir hissəsi isə bu fikirdədir ki, Allah-təala insanların diqqətini özünə sarı cəlb etmək üçün surələrin əvvəlində müqəttəə hərfləri işlədib. Insanın adətidir ki, diqqəti özünə çəkmək üçün söhbətinin əvvəlində bəzi kəlmələrdən istifadə edir (məsələn, "bax", "hə" və s.). Ərəblər söhbətdən əvvəl "ha", "əla" və "ima" kəlmələrini işlədirlər. Müqəttəə hərflər də Quranı dinləyən şəxslərin diqqətini cəmləşdirməyə xidmət edir.//milli.az//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az