İsti havalar hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur və havanın çirklənməsini artırır.
Nyus.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir çox digər beynəlxalq təşkilatların iştirakı ilə hazırlanan hesabatda deyilir.
Qeyd olunub ki, 2000-2019-cu illər arasında həddindən artıq istilər səbəbindən təxminən 489 min insanın öldüyü təxmin edilir ki, bu ölümlərin 45 faizi Asiyada, 36 faizi isə Avropada baş verib.
Belə ki, təkcə 2022-ci ilin yayında həddindən artıq istilərin 35 Avropa ölkəsində 60 mindən çox insanın ölümünə səbəb olduğu ehtimal edilir.