• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
28-10-2023, 07:35

Allah-taala nə zaman qəzəblənir?

Allah-taala nə zaman qəzəblənir?


Qurani-Kərimə əsasən, Allah fəzl və rəhmət sahibidir. "Əgər səni təkzib etsələr, de: "Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz". ("Ənam" 147).

Allah öz bəndələrini çox sevir, Allahın gözəl adlarından biri Muhəbdir. Bu cür Allah heç bir zaman bəndəsinə qəzəblənməz. Allah qəzəbdən uzaq bir varlıqıdır. İlahi rəhmət bütün bəndələri əhatə edir.

Ancaq həm qəzəb lazımdır, həm əfv. Maşının həm tormozu var, həm də qazı var. Həm şirin badam var, həm də acı. Bu dünyada həm zindan var, həm də təşviq. Pələngə rəhm etmək yersiz, qoyuna isə zülm olardı.

İnsanda olan qəzəb hissi xüsusi amillər vasitəsilə büruzə verilir. Bu halın dəyişməsindən asılıdır. Ancaq Allah heç bir zaman dəyişkən hala malik deyildir. Ona görə də bəzi ayələrdə "Allahın qəzəbi" kimi verilən ayənin mənası nədir?

"Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür". ("Taha" 81).

Bir nəfər bu ayənin təfsiri haqqında İmam Baqirdən (ə) soruşur: "Bu ayədə "Allahın qəzəbi" deyildikdə nə nəzərdə tutulur?"

Həzrət (ə) cavabında buyurur: "Allahın qəzəbi həmin İlahi cəzadır. O kəs ki, deyir ki, Allahın halı bir haldan başqasına dəyişir, məxluq sifətini Allaha nisbət vermiş olar".

"Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz". ("Fatir" 39).

Bu ayənin təfsiri haqqında deyilir: "Allahın qəzəbi insanlarda olduğu kimi deyildir. Çünki insanda olan qəzəb bir anlıq həyəcandır ki, insanı kobid rəftarlar etməyə vadar edər. Ancaq bu hal Allahda belə deyildir.

Allahın qəzəbinin mənası odur ki, rəhmət pərdəsini götürər və o kəs ki, çirkin əməl sahibidir, ondan lütfünü əsirgəyər".

Bunu yadda saxlamalıyıq ki, Allahdan bizə ancaq nemət çatır və o şey ki, İlahi qəzəbə gətirib çıxardır, bizim əməllərimizdir.

Nə zaman Allah qəzəblənər?

"Və dedilər: "Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz".

De: "Allah tərəfindən bir əhd-peyman almısınız - ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz - yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!" ("Bəqərə" 80).

Yəhudi xalqının Allahın qəzəbinə gəlməsinin səbəblərindən biri də öz irqlərini başqalarından üstün tutmaq idi. Onlar özlərini ancaq behiştdə təsəvvür edirdilər.

Belə düşünürdülər ki, əgər biz günahkar olsaq belə, əzab görməyəcəyik. Əgər əzab verilsə də, onun zamanı az olacaqdır. Çünki biz yəhudiyik və Allah bizi başqalarından üstün yaratmışdır. Qiyamət günü bu irqin xüsusi dəyəri və imtiyazı olacaqdır.

Ancaq Allah Quranda gətirdi ayələrlə bu fikrin üzərindən qırmızı xətt çəkir. Buyurur ki, hamı Qiyamət günü Allah qarşısında bərabər olacaqdır. O kəslər ki, öz irqlərinə görə behiştə girməyini düşünürsə, Allahın qəzəbinə düçar olar. Çünki aqibət xeyrin əsl meyarı saleh əməl və iman, təqvadır.

Ona görə bilmək lazımdır ki, bu, xam xəyaldan başqa bir şey deyildir. O kəslər ki, müsəlman olduqlarına görə İlahi qanunlara qarşı laqeyddirlər, ümid etməsinlər ki, behiştə düşəcəklər. Çünki onları bu əqidəyə görə pis aqibət gözləyir.

Həzrət Peyğəmbər (s) buyurur: "Sən Allah Təala yanında qırmızı və ya qara dərilidən yaxşı deyilsən. Məgər o zaman ki, təqvada onlardan qabaqda olasan".

Allahın qəzəbinə düçar olacaq əməllərdən ikincisi isə Onun əmrlərini yerinə yetirməmək və itaət etməməkdir. Quranda oxuyuruq ki, əgər siz yaxşı əməl sahibi olsanız, Allahın rəhməti sizə şamil olacaqdır.

Bu həyatda hər şeyin bir-biri ilə əlaqəsi vardır. Elə zamanlar olur ki, biz bir işi görə bilərik, ancaq onu etmirik, bu, yaxşı əməl sahibi olmaq deyildir. Çünki özümüz quyu qazır və özümüz də ora düşürük. Bu əməlimiz başqa bir şəkildə bizə qayıdacaqdır.

Allah Quranda beş şeyə: günəşə, aya... və s. and içir ki, əgər özünü paklasan, yəni fikirlərini, əqidəni paklasan, xilas olmuşlardan olarsan.

Biz bəzən inanmırıq ki, həyatda baş verən bəzi acı hadislər özümüzə görə baş vermişdir. Quranda belə bir nümunə var ki, bir nəfərin gözəl bağı var idi və o, bu bağın meyvəsinin bir hissəsini yoxsullara verirdi.

Bu kişi ölür və onun uşaqları meyvələri verməmək üçün divar hörürlər ki, səhər yığsınlar. Səhər gələndə görürlər ki, bu bağ külə çevilib. Yəni rəhm edin ki, sizə də rəhm olunsun.

Nəticədə deyə bilərik ki, insanda olan qəzəb hissi Allahın qəzəbi ilə fərqli bir şeydir. İnsan bəzi amillərin təsirindən halı dəyişir və həyəcanlanır və kobud rəftarlar edir.

Ancaq Allahın halı dəyişmədiyi üçün qəzəb cəza mənasında işlənir. Bu da günahkar şəxsin öz əməllərinə görədir. İnsanın işlətdiyi hər bir günah onun ruhuna və əməlinə təsir edir. Bu, İlahi cəzadır.

Günah insanı Allahdan uzaqlaşdırar, həm bu dünyada və həm də axirətdə İlahi əzaba düçar olar. İnsan günah işlədən zaman Allah ona bizim bildiyimiz kimi qəzəblənmir, bəlkə öz rəhmət əlini həmin bəndənin üzərindən çəkir.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az