• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
25-10-2023, 06:02

Yapışqan, benzin, boya iyləməyin təhlükələri

Yapışqan, benzin, boya iyləməyin təhlükələri


Yəqin ki, ətrafınızda yapışqan, benzin, lak, boya kimi məhsulların qoxusunu sevən, bundan zövq alan insanlara rast gəlmisiniz.

Bu məhsulları qoxulamaq zamanla, hətta onlardan asılı olmağa da gətirib çıxarır. Bir çoxumuz üçün qəribə görünə bilər. Lakin sadalananlar narkomaniyanın bir növü hesab edilən toksikomaniyanın əlamətləridir. Toksikomaniya son illər Azərbaycanda kəskin sürətdə artan xəstəliklər sırasında yer alır.

Bəs, onunla necə mübarizə aparmaq lazımdır? Bu xəstəlik daha çox hansı yaşlarda müşahidə olunur?

Nyus.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu Fizzə Baxışova bildirib ki, toksikomaniya narkomaniyadan fərqlənmədiyi üçün şübhələnmə əlamətləri eynidir: "Toksikomanlıq insan psixikasına təsir edən bihuşedici maddələrin sui-istifadəsi nəticəsində yaranan həmin maddələrlə, psixi və fiziki asılılıq ifadə olunan xəstəlik vəziyyətidir. Lakin qeyd etmək lazımdır ki, hazırda toksikomaniya termini istifadə olunmur. Bu termin sovet dövrünün termini olub. Onunla bağlıdır ki, narkotik siyahısına daxil olmayan maddələrdən asılı olan şəxslərə toksikoman termini istifadə olunurdu. Daha çox hüquqi müstəvidə dəyərləndirmədir. Tibbi prizmadan baxdıqda, narkotik maddələrdən yaranan asılılıq xəstəliyi ilə eynidir. Bu maddələr insanın bütün orqanizminə, mərkəzi sinir sisteminə, insanın davranışına, psixi vəziyyətinə, düşüncə səviyyəsinə xüsusi təsir göstərir. Bunun nəticəsində şəxsiyyətin xarakteri dəyişir. Bundan əlavə, narkotik maddələrin istifadə edilməsi nəticəsində görmə illuziyaları və hallüsinasiyaları, kəskin depersonalizasiya vəziyyəti müşahidə oluna bilər".

Həkimin sözlərinə görə, əksər hallarda toksikomaniya xəstəliyi narkotik maddə istifadə edən şəxslərdə yaranır: "Narkotik maddələrdən asılı olan şəxslər, narkotik maddə qəbulunu dayandırdıqdan sonra onlarda əsasən dərman vasitələrdən istifadə halları müşahidə olunur. Qeyd etmək lazımdır ki, alkoqolizmdən əziyyət çəkən şəxslər çox vaxt benzodiazepin asılılığına düçar olurlar ki, bu da toksikomaniyanın bir növüdür.

Keçmiş illərə baxdıqda hazırda uçucu maddələr, benzin və digər maddələrdən istifadə halları müşahidə olunmur. Psixotrop maddələrdən asılılığın digər maddələrdən asılılıqda olduğu kimi müalicəsi eynidir. Kompleks yanaşma şəklində daha yaxşı nəticə əldə etmək mümkündür. Bu zaman ilkin olaraq detoksikasiya, sonrakı dövrdə psixokorreksiya, psixoterapiya, reabilitasiya aparılır".

Mövzu ilə bağlı saytımıza açıqlama verən psixoloq Fuad Əsədov deyir ki, toksikomaniyaya daha çox erkən gənclik və yeniyetməlik dövründə rast gəlinir: "Toksikomaniya zəhərli maddələrə qarşı duyulan bir sevgi, bir istəklə müşahidə olunan vəziyyətdir. Bu, müxtəlif səbəblərdən insanda yarana bilər. Ola bilər ki, insanın bədənində, qanında hansısa kimyəvi elementlərin çatışmazlığından yaranır, ya da narkotik istifadəçilərində. Toksikomaniya bəzən uşaqlıqdan da ola bilir. Görə bilərsiniz ki, bəzi uşaqların benzin, boya və bu kimi başqa maddələrin qoxusundan xoşları gəlir. Bəzən hətta deyirlər ki, "benzini içmək istəyirəm". Lakin sırf toksikomaniya şəklində gənclik və yeniyetməlik dövründə üzə çıxır".

Psixoloqun sözlərinə görə, bu xəstəliyin müalicəsi zamanı psixoterapiyadan da istifadə olunmalıdır: "Bununla mübarizə aparmaq üçün təbii ki, başlıca olaraq marifləndirmək lazımdır. Xarici ölkələrdə adətən belə insanlar yatılı olaraq xəstəxanalarda qalaraq müalicə alırlar. Müalicə üçün həm dərmanlardan, həm də psixoterapiyadan istifadə olunur. Hər ikisinin paralel getməsi önəmlidir".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. Lakin bu rəqəm 2000-ci ildə 11 nəfər olub. 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin sayı 104 nəfər idisə, ötən il bu say 1156 nəfərə çatıb.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az