• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 29-08-2026 ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
  • 29-08-2026 Ayın 30-da yağış yağacaq - Proqnoz
  • 29-08-2026 Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
  • 29-08-2026 Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı – Zəngəzur dəhlizinə təhlükə
  • 29-08-2026 Ukraynada nazirlikdən getdi, İtaliyada müdafiə müşaviri oldu – Fyodorova yeni vəzifə
  • 29-08-2026 BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
  • 29-08-2026 Kəmaləddin Heydərovdan yeni təyinat
  • 29-08-2026 Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - VİDEO
  • 29-08-2026 44 yaşlı kişi pula görə bazarın ortasında anasını bıçaqladı - VİDEO
  • 29-08-2026 Avropa Liqasında püşk atıldı
  • 29-08-2026 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
  • 29-08-2026 Yavər Abbasova vəzifə verildi
  • 29-08-2026 Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
  • 29-08-2026 Netanyahunu cəhənnəmə göndərəcəyik”
  • 29-08-2026 Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
  • 28-08-2026 "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı
  • 28-08-2026 Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
  • 28-08-2026 "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
  • 28-08-2026 Dünyanın ən çox satılan telefonları açıqlandı
  • 28-08-2026 Bir şagirdin məktəbli ləvazimatı neçə manata başa gəlir? - VIDEO

XƏBƏRLƏR

    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
    "Qarabağ" Bakıda "Tvente" ilə cavab matçına çıxacaq
    Sabahdan külək güclənəcək
    Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
21-10-2023, 08:40

Ehtiram Quliyev AFFA-dan pul istəyir – Məqsəd budur ki...

Ehtiram Quliyev AFFA-dan pul istəyir – Məqsəd budur ki...


Azərbaycan Premyer Liqasının 10-cı turu çərçivəsində "Turan Tovuz" "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.

Nyus.Az qərb təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevin Publika.az-a müsahibəsini təqdim edir.

- İkinci dövrənin açılış matçında komandanız "Qarabağ"la heç-heçə oynadı. Qarşılaşma barədə fikirləriniz necədir?

- Gözəl bir oyun oldu. İşıqlandırmadan sonra Tovuz şəhərində keçirilən ilk görüş idi. "Qarabağ" çox güclü, Avropada öz sözünü demiş komandadır. Bu cür rəqibə qarşı belə bir oyun oynamaq bizi qürurlandırdı. Azarkeşlərimizə belə bir gözəl oyun bəxş etdiyimiz üçün daha çox sevinirik. "Qarabağ"a qarşı bərabərlik önəmlidir. Amma ən önəmli olanı belə gözəl oyun ilə heç-heçəyə nail olmaqdır. Ona görə sevincliyik.
- Rəqib 90-cı dəqiqədə hesabda önə keçəndən sonra xal qazanmaqdan ümidinizi üzdünüz?

- Biz komandamıza həmişə güvənirik. Hakimin final fitinə qədər ümidimizi üzmürük. Komandamız istər zəif, istərsə də güclü oynasa da, bu inam dəyişmir. Biz rəhbərlik olmaqla yanaşı, "Turan Tovuz"un azarkeşiyik.

- Hesaba alınmayan qolla bağlı fikirləriniz necədir?

- Məncə, qol idi. Hakimin idarəçiliyi barədə nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, bu epizod qol idi. Siz bunu daha yaxşı qiymətləndirə bilərsiniz. Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur. "Qarabağ"ın isə ümumiyyətlə belə bir şeyə ehtiyacı yoxdur. Hakimlər bir az diqqətli olsalar, daha yaxşı olar.

- "Huner Group"un Tovuz stadionunda gördüyü işlər göz önündədir. Mövsüm ərzində daha hansı dəyişikliklər gözlənilir?

- Çox çətin sualdır. İşıqlandırma sistemi qurmasaydıq, akademiya binası tikməsəydik, 3-5 yaxşı oyunçu ala bilərdik. Hətta UEFA Konfrans Liqasına belə gedə bilərdik. Tovuz şəhəri, azarkeşlər axşam radələrində belə işıqlandırmada oyun izləməyə layiqdir. Ona görə də infrastrukturu həll etmədən oyunçular almaq ötəri nailiyyətdir. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Bununla bağlı AFFA-ya müraciət etmişik. Dəstək olsalar, məbləğin 50 faizini AFFA qarşılasa, ot örtüyünü dəyişəcəyik. Bu, tək bizim məsələmiz yox, Azərbaycan futbolunun adına olan bir məsələdir. Digər komandalar burada oynayaraq zədələnə bilirlər.

- "Turan Tovuz"un səfərdə daha yaxşı oynamasının süni ot örtüyü ilə əlaqələndirilməsi fikri ilə razısız?

- Əlbəttə, yüz faiz belədir. Süni ot örtüyündə hər oyunçu oynamır. Texnikalı oyunçular gətirmişik. Səfərdə oyunlara görə turnir cədvəlinin üst pillələrindəyik. Ev oyunlarında isə bu nəticə ilə sonuncuyuq. Ötən il də belə idi. Dəyişən heç nə olmayıb. Ot örtüyü təbii ilə əvəzlənməsə, heç nə dəyişməyəcək.

- AFFA-dan bununla bağlı müraciətiniz nə cavab gəlib?

- Danışıqlarımız gedir. Onları da anlayışla qarşılayırıq. Amma rica etmişik. İsrarla fikirlərimizi onlara çatdırırıq. Tovuz şəhərinin yaxınlığında, şəhərdən 1-2 kilometr aralıda ərazi almışıq. Aşağı yaş qrupu üzrə komandalarımız oyunları orada keçirəcək.

- Marketinq layihələrindən "Turan Tovuz" gəlir götürə bilir?

- Gəlirimiz çox azdır. Gözlədiyimizin 20 faizi dəyərində məbləğ qazanılır. Uşaq futbolunu dəstəkləmək üçün azyaşlı azarkeşlərin stadiona girişini ödənişsiz etmişik. Onlar bizim gələcək azarkeşlərimizdir. Biletin qiymətləri isə baha deyil, 2 manatdır. Turniketimiz yoxdur. Ona görə bəzən nəzarət etmək çətin olur. Bunlar isə zamanla düzələcək.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az