"İrəvan "FK -nın 14 yaşlılardan ibarət komandası da bizi sevindirir.
Bu gün "İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası
" Dalğa Arenada" "Mübariz " FK klubu ilə üzləşib.
Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 6: 1 hesabılə rəqib "Mübariz" FK komandasını məğlub edib.
Xatırladaq ki, "İrəvan " nın region liqasında çıxış edən 14 yaşlılardan ibarət komandası bundan əvvəl Qubadlının "Xanlıq" komandası ilə üzləşdi. Və keçirilən yoldaşlıq görüşü də 6:3 hesabı ilə "İrəvan"ın qələbəsi ilə başa çatdı
Xatırladım ki,"İrəvan" FK nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyev, "İrəvan " region komandasının baş məşqçisi Arif Abbasovdur.
Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, "İrəvan" FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov,"İrəvan"FK nın prezidenti Zahid Niyazəliyev və vitse-prezidenti Həsən Həsənov də olub.
Mübariz Süleymanlı,
“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri