" İrəvan " futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.
Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 4-cü turun oyunları keçirilir
Bu gün ASK Arenada “İrəvan” futbol komandası ev yiyəsi olaraq " Araz Saatlı " komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 7: 0 hesabı ilə qələbə qazanıb.
Oyunu izləyənlər sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov , klubun prezidenti Zahid Niyazəliyev, idarə heyətinin üzvləri Həsən Həsənov,Canbaxış Hüseynov və Vaqif Ayvazov da olub.
“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı