"İrəvan" Futbol Klubuna bu gün də transfer olundu
Belə ki, bir neçə gün ərzində baş məşqçi Nazim Süleymanovdan sonra Belarusiyalı tanınmış qapıçı Andrey Sinenko, məşhur futbolçu Samir Ələsgərov və Azərbaycan futbolunun misilsiz veteran qapıçısı Aleksandr Jidko gətirildi
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Aleksandr Jidkonu klubun idarə heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyevlə yanaşı tanınmış futbol mütəxəssisləri qarşılayıb
Onu da qeyd edək ki veteran futbolçu komandamızın qapıçılar üzrə məşqçisi vəzifəsinə təyin olunub.
Onunla rəsmi müqavilə imzalanacaq.
Veteran qapıçı baş məşqçi Nazim Süleymanovun köməkçilərindən biri olacaq.
"İrəvan "FK-nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı