“İrəvan” FK növbəti transferini də reallaşdırdı.Belə ki "İrəvan" Fubtol Klubuna dəvət olunan Belaruslu qapıçı Andrey Sinenkonun Heydər Əliyev adına hava limanlnda qarşılanma mərasimi olub. Belaruslu qonağı qarşılayanlar sırasında "İrəvan " FK -nın İdarə Heyətinin sədri ,klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov və "İrəvan " FK-nın prezidenti Zahid Niyazəliyev də olub.
1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq məşhur qapıçı 191 sm boya malik olan 26 yaşlı qolkiperin son klubu vətənində “Dinamo Minsk” olub.
1-ci Liqada mübarizə aparacaq "İrəvan" komandası səviyyəli futbolçular transfer etməklə heyətini güclləndirməkdədir.
Xarırladaq ki,2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
"İrəvan " FK -nın Mətbuat Xidmətinin rəhbəri Mübariz Ağaxan oğlu Süleymanlı