• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 27-11-2026 Kəlbəcərdə çalışdılar, zəhmətlərinin qarşılığını ala bilmədilər – 22 usta və fəhlənin 59 300 manatlıq əməkhaqqı iddiası - VİDEO
  • 27-11-2026 Gürcüstan DİN açıqlama yaydı: Batumidə 16 nəfər saxlanılıb
  • 27-11-2026 Firuzə Cəlilovanın evində nə baş verib? - DiN-dən açıqlama
  • 27-11-2026 “Dünya TV” cərimələndi
  • 27-11-2026 Moskvadan qəzəbli Zəngəzur açıqlaması – “Uğursuzluğa məhkumdur”
  • 27-11-2026 Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib
  • 27-11-2026 Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
  • 27-11-2026 Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb
  • 27-11-2026 TikTok insan beynini öldürür - Tokayev
  • 26-11-2026 Elmira Şabanova dəfn edildi - (Yenilənib)
  • 26-11-2026 “Azərterminalkompleks” Birliyi 13 milyon vergi borcu olan “TVM İNŞAAT” MMC ilə hansı əsaslarla müqavilə bağlayıb - İLGİNC FAKTLAR
  • 26-11-2026 Regionlar işsiz, Bakı yüklənir – 84 faizlik statistika nəyi göstərir?
  • 26-11-2026 Tehran Bakı ilə danışıq aparır – Mühüm MÖVZU
  • 26-11-2026 Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
  • 26-11-2026 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
  • 26-11-2026 Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
  • 26-11-2026 Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
  • 26-11-2026 Bu gün Qəbələdə qaz olmayacaq - XƏBƏRDARLIQ
  • 26-11-2026 Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
  • 26-11-2026 Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama

XƏBƏRLƏR

    Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
    Vatsapda daha bir yenilik: Mətn mesajları da birdəfəlik olacaq
    Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
    Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
    Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
    UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
    Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
    “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
    Premyer Liqada yeni tamaşaçı rekordu
    "Barselona" "Vilyarreal"ı məğlub edib
25-08-2023, 07:58

Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib

Bakıda şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib


Bakıda şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi və kişilər bölməsində turnirin qalib və mükafatçılarının mükafatlandırılması mərasimi olub.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi himni səsləndirilib. Daha sonra Bakıda keçirilən şahmat üzrə Dünya Kubokuna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə keçirildiyini qeyd edib:

"Böyük qürur hissi ilə bu gün biz Bakıda yüksək səviyyədə təşkil olunmuş şahmat üzrə Dünya Kubokunun bağlanışı edirik. Azərbaycan şahmatçısı Nicat Abasov turnirdə göstərdiyi nəticə ilə hamını sevindirib".

Fərid Qayıbov şahmat üzrə Dünya Kubokunun bütün iştirakçılarına minnətdarlığını bildirib, turnirin qalib və mükafatçılarını təbrik edib.

Azərbaycanın gənclər və idman naziri həmçinin turnirin Azərbaycanda keçirilməsinə göstərdiyi etimada görə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bu turniri keçirməkdən qürur və sevinc duyduğunu vurğulayıb:

"Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku iştirakçıların və azarkeşlərin yaddaşında unudulmaz şahmat oyunları ilə qalacaq və nostalji hissləri oyadacaq. Turnir şahmat ictimaiyyətinin diqqət mərkəzində olub, rekord sayda tamaşaçının diqqətini cəlb edib və əsl şahmat bayramına çevrilib".

Azərbaycan Şahmat Federasiyasının prezidenti turnirin keçirilməsində göstərdiyi etimada görə FİDE prezidentinə, dəstəyə görə isə Azərbaycan Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Mahir Məmmədov Maqnus Karlseni qələbə münasibətilə təbrik edib, ona gələcək uğurlar arzulayıb.

Azərbaycan şahmatçısı Nicat Abasovun turnirdə iştirakından danışan Mahir Məmmədov qeyd edib ki, o, tarixdə şahmat üzrə Dünya Kubokunun bütün səkkiz turunda iştirak edən ilk şəxs olub.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib:

"Şahmat üzrə Dünya Kubokunu Bakıda keçirmək imkanına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Turnirin Azərbaycanda keçirilməsi, şübhəsiz ki, ölkədə şahmatın inkişafına öz töhfəsini verəcək və Nicat Abasovun uğurları buna sübutdur. Dünya çempionatının bütün iştirakçıları və tamaşaçıları üçün onunla bağlı xatirələr uzun müddət yaddaşlarda qalacaq, xoş emosiyalar bəxş edəcək".

Sonra kişilər arasında şahmat üzrə Dünya Kubokunun qalibi və mükafatçıları mükafatlandırılıb.

Turnirin qızıl medalı və kuboku Maqnus Karlsenə (Norveç), gümüş medala Rameşbabu Praqnanandha (Hindistan), bürünc medala Fabiano Karuana (ABŞ) layiq görülüb. Qeyd edək ki, şahmat üzrə Dünya Kubokunda dördüncü yeri Nicat Abasov tutub.

Sonra Norveçin Dövlət Himni səsləndirilib.

Xatirladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısına açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı daxil edilib.

Azərbaycanda ikinci dəfə şahmat üzrə Dünya Kuboku keçirilib. İlk dəfə olaraq, 2024-cü il Namizədlər Turniri və 2024-cü il Namizədlər Turnirinin hər birində Dünya Kubokunun həm açıq, həm də qadın bölmələrinin ən yaxşı üç oyunçusu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanıb.

Kubokun mükafat fondu 2,5 milyon ABŞ dolları müəyyən edilib.

Avqustun 21-də Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Dünya Kuboku başa çatıb, onun qalibi Aleksandra Qoryaçkina (FİDE) olub, Nurgül Səlimova (Bolqarıstan) ikinci, Anna Muzıçuk (Ukrayna) üçüncü yeri tutub.

Avqustun 24-də kişilər arasında şahmat üzrə Dünya Kuboku başa çatıb, onun qalibi Maqnus Karlsen (Norveç) olub, ikinci yeri Rameşbabu Praqnanandha (Hindistan), üçüncü yeri Fabiano Karuana (ABŞ) tutub.

Dünya Kuboku Bakıda Marriott Boulevard keçirilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilib.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az