
Xəbər verdiyimiz kimi İyunun 25-də media nümayəndələrini bir araya toplayan “İrəvan” Futbol Klubunun rəhbərliyi yeni yaradılan komandanın məşqçilər korpusunu və futbolçularını ictimaiyyətə təqdim etməklə yanaşı, qədim Azərbaycan şəhərinin adını daşıyan komandanın qarşısında dayanan vəzifələrdən danışdılar.
Klubun idarə heyətinin sədri və klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov təsis olunan İrəvan Futbol Klubunun Azərbaycanın qədim şəhəri İrəvanın adını daşımasının böyük şərəf, həm də böyük məsuliyyət olduğunu bildirdi. Z.Kazımov, həmçinin qeyd etdi ki, “İrəvan” komandası 1-ci divizonda mübarizəyə başlayacaq, ancaq sonrakı mərhələdə əsas hədəf Premyer Liqaya vəsiqə qazanmaq olacaq. Klubun idarə heyətinin sədri xüsusilə vurğuladı ki, “İrəvan” futbol klubu tək idman demək deyil. Bu komanda həm də mənəvi və siyasi məsələdir. Komandanın böyük azarkeş ordusuna malik olacağına əminliyini vurğulayan Z.Kazımov Azərbaycan idman siyasətinə hərtərəfli dəstək verdiyi üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya klub üzvləri adından təşəkkür etdi.
İrəvan Futbol Klububun prezidenti Zahid Niyazəliyev qısa bir zamanda görülən işlərdən danışdı və idarə heyətinin üzvləri Canbaxış Hüseynovu, Alı Alıyevi, Həsən Həsənovu, Namiq Ramazanovu,idman direktoru Vüqar Nuruşovu mətbuat işçilərinə təqdim etdi.
Daha sonra klubun prezidenti Zahid Niyazəliyev çıxışında ölkədə idmanın inkişafından, futbola böyük marağın olmasından və ölkə rəhbərliyinin bu sahəyə yüksək diqqət ayırmasından danışdı. Onun çıxışında belə bir inam ifadə olundu ki, “İrəvan” FK üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.
Məlumat üçün bildirim ki “İrəvan” Futbol Klubu cari mövsüm 1-ci liqada mübarizəyə qoşulacaq.
İyul ayının 7 də isə Şəfa stadionunda A SK Arenada bir araya gələrək məşqlərə başladı.
Məşq öncəsi komandanın rəhbərliyi ad günü münasibətilə İlqar Nuruşovu təbrik etdi, ona cansağlığı və karyerasında uğurlar arzuladı.
Klubun prezidenti Zahid Niyazəliyev komandanın planları barədə məlumat verdi.
Sonra bir araya gələn komanda üzvləri isinmə və fiziki hərəkətlərdən sonra baş məşqçi Elbrus Məmmədovun tapşırıqlarını yerinə yetiriblər.
Sonra baş məşqçi Elbrus Məmmədovu və onun köməkçiləri - Adil Məmmədovu və Vidadi Hüseyovu jurnalistlərə təqdim edildi
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək və “İrəvan” FK bu komandalar arasındadır. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
Bu şərəfli və məsuliyyətli yolda “İrəvan” komandasına uğurlar arzulayırıq!
İrəvan FK-nun mətbuat katibi
Mübariz Süleymanlı



































