
Bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində böyüklər arasında topla hərəkətdə gimnastlarımız Zöhrə Ağamirova qızıl medal, Alina Gözəlova isə gümüş medal qazanıblar.
Nyus.Az Trend-ə istinadən bildirir ki, finalda Azərbaycan gimnastlarının nəticəsi müvafiq olaraq 32.500 və 32.150 xal olub.
9.900 xalla bürünc mükafatçı Evelin Viktoriya Koçiş (Macarıstan) olub.
Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.
Nyus.Az

























