
İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və vətənə dönəcək.
Nyus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov tvitter hesabında paylaşım edib.
"Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mehmanxanada məskunlaşıblar", - deyə o əlavə edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın "təhlükəsizlik" bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir.
Nyus.Az

























