Futbol üzrə Rusiya yığması öz adı və bayrağı altında oynaya bilməyəcək
Dünyanın əsas futbol qurumu FİFA Rusiyanı Ukraynada başlayan müharibəyə görə cəzalandırmaq qərarına gəlib.
Belə ki, bu ölkənin milli komandaları beynəlxalq turnirlərdə öz adları ilə çıxış edə bilməyəcəklər. Həmçinin ölkənin bayrağı və himninin səsləndirilməsi qadağandır.
Milli komandalar eyni zamanda ev oyunları neytral meydanda keçiriləcək.
Əgər Ukraynada yaxın vaxtlarda vəziyyət dəyişməsə, Rusiya təşkilatdan çıxarıla bilər.