[center][/center
Rusiyanın “Spartak” futbol klubu Avropa Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə cavab matçını Bakıda keçirə bilər. Bunu Moskva klubunun mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov “Championat” nəşrinə açıqlamasında bildirib.
“Oyun üçün prioritet məkan Bakıdır. Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı bizə konkret məlumat veriləcək” - deyə Zelenov bildirib.
Qeyd edək ki, komandalar arasında ilk matçı martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçiriləcək.